Keçən həftə əhalisinin əksəriyyətinin ərəb olduğu İranın Əhvaz şəhərində keçirilən illik hərbi parad zamanı baş verən və azı 25 insanın ölümü ilə nəticələnən silahlı hücum İranlı müxalif qruplar arasında mübahisələrə səbəb olub. Amerikanın Səsinə danışan təhlilçi jurnalist Əlirza Ərdəbilli hesab edir ki, müxalif qrupların Əhvaz hücümuna dair mövqeyi onların ümumiyyətlə silahlı fəaliyyətlərə qarşı olub ya olmadıqları ilə əlaqəli deyil.
Your browser doesn’t support HTML5
Əlirza Ərdəbilli olaydan sonra hücumu həyata keçirən qüvvələr ilə bağlı fərqli açıqlamaların yayılmasına işarə edərək, bunun bir çaşqınlığa səbəb olduğunu ifadə edir:
SEE ALSO: İranda hərbi parada hücum“Bu olay baş verdikdən sonra bir növ çaşqınlıq yarandı. Belə başladı ki, Əl-Əhvaz, İranın ərəb qruplarının birinin bir nümayəndəsi gəldi bunu boynuna aldı. Sonra bu hücumu İŞİD boynuna aldı. Sonra da ərəblərə mənsub tanınmış təşkilatlar dedilər, bizim işimiz deyil. Elə bu əsasda hər kəs istədiyi qrupun boynuna yıxdı. Müdafiə edənlər dedi, bunu ərəb milləti etmiş, məhkum edənlər də dedilər, bunu İŞİD etmişdir.”
Bu məsələnin o qədər təfərrüatı oldu ki; bir yandan bir ərəb təşkilatın bunu boynuna alması, sonra İŞİD-in ortaya çıxması, digər yandan da ərəblərin işin içində olması, məsələni öz məcrasından çıxardı.
İranda ərəblərə qarşı irqçi baxışların mövcud olduğunu önə çəkən Ərdəbillinin fikrincə, bəzi qruplar da öz mövqelərini ərəb etnik icmasına qarşı baxışlarına görə ortaya qoyublar.
“İranda ərəblərə qarşı irqçilik vardır. Buna görə, bir çox iranlılar, başqa hallarda İran rejiminin başına hər nə oyun gəlsə, sevinirlər, amma bu, ərəblərin tərəfindən gəlsə, onlar tez ərəbləri məhkum edirlər. Belə bir irqçi yanaşma da var,” o, söyləyir.
Jurnalistin dediklərinə görə, müxalif qrupların fərqli mövqeyi onların prinsip olaraq silahlı hücumlara qarşı olub ya olmadıqları ilə əlaqəli olmaqdan çıxıb.
“Bu məsələnin o qədər təfərrüatı oldu ki; bir yandan bir ərəb təşkilatının bunu boynuna alması, sonra İŞİD-in ortaya çıxması, digər yandan da ərəblərin işin içində olması, məsələni öz məcrasından çıxardı. Bu şərait olmasaydı, misal üçün fars təşkilatların tərəfindən olsaydı, silahlı mübarizəni qəbul edənlər bu hücumu dəstəkləyəcəkdi, o birilər də qəbul etməyəcəkdi,” Tribun saytının redaktoru bəyan edir.
Ərdəbilli silahlı fəaliyyətlə bağlı öz baxışını üç aspektdən açıqlayır:
“Silahlı mübarizəni üç aspektdən açıqlamaq olar. Biri, əxlaqı baxımından. İkincisi, faydalı olub olmaması. Yəni, silahlı mübarizə diktator rejimlərə qarşı kəsərli bir yoldur yoxsa yox, nəticəyə çatar ya yox. Üçüncü də, hüquqi baxışdır. Ölkələrin qanunvericiliyində və beynəlxalq qanunlarda bu məsələyə necə baxılır?”
Silahlı mübarizəni üç aspektdən açıqlamaq olar. Biri, əxlaqı baxımdan. İkincisi, faydalı olub olmaması. Üçüncü də, hüquqi baxışdır.
Silahlı mübarizənin hüquqi əsası olmadığını vurğulayan təhlilçi silahlı fəaliyyətləri dəstəkləyən qrupların arqumentlərinin ziddiyyətli olduğunu önə çəkir. O, o cümlədən, bəzi qrupların bir yandan edam hökmünü qarşı olub, digər yandan isə silahlı mübarizəni dəstəkləmərini ziddiyyətli bir məqam kimi dəyərləndirir.
Əlirza Ərdəbilli həmçinin Əhvazda baş verən hücumdan sonra bölgədə həyata keçirilən həbs dalğası haqqında düşüncələrini Amerikanın Səsinə açıqlayıb.
“İran hakimiyyəti qeyri-demokratik və diktator bir hakimiyyətdir. Ona görə, istədiyi adamları öldürəcək və deyəcək ki, [hücum edənlər] bunlar idi. Hətta bu hadisədən daha əvvəl həbsxanalarda olan və təbiətən bu olayla heç bir əlaqəsi olmayan məhbusları öldürəcək. Keçmişdə də belə edib. Əsirləri öldürüb. Yəni hüquqi baxımdan araşdıralar, məhkəməyə çıxaralar və məhkəmədə sübut ola ki, bu adam bu işi görmüş, İranda buna ehtiyac olmur... yəqin bu olaya görə də, neçə yüz adamı asacaqlar ki, onların heç ruhunun xəbəri yoxdur bu hücumdan,” deyə Ərdəbilli əlavə edir.