İranın Xarici İşlər Nazirliyi Türkiyənin həmin ölkədəki səfirini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı "müdaxilə" xarakterli bəyanatına görə nazirliyə çağırdığını bildirir.
Bundan bir qədər öncə İran Xarici İşlər Naziri Cavad Zərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 dekabr Bakıda keçirilən Zəfər Paradında şeir söyləməsinə reaksiya verib.
Türkiyə liderinin paradda səsləndirdiyi Bəxtiyar Vahabzadənin "Torpaqdan pay olmaz" şeirinə və bayatıya cavab olaraq Cavad Zərif Twitterdə Ərdoğanın oxuduqları haqda məlumatlandırılmadığını bildirib.
Zərif şeirdə Araz çayından şimalda olan torpaqların "ana vətən İran"-dan zorla ayrıldığını qeyd edib.
“O (Ərdoğan), Azərbaycan Respublikasının suverenliyinə zərər verdiyinin fərqində deyilmi?" Zərif yazıb. "HEÇ KƏS bizim SEVGİLİ Azərbaycan haqqında danışa bilməz."
Zərifin yazdığı postun şərh bölməsində İranda azərbaycanlıların hüquqlarının tapdanması və azərbaycanlılar məskunlaşan ərazilərin statusu barədə mübahisələr meydana çıxıb.
İranın Dağlıq Qarabağda Altı Həftəlik Müharibə dönəmində baş verənlərə reaksiyası Azərbaycanda birmənalı qarşılanmır. İran rəsmiləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını qeyd ediblər. Eyni zamanda İranla həmsərhəd bölgələrdə hərbi əməliyyatlar zamanı İran zərhəd zonasına qoşun yeridərək orada havadan müdafiə imkanlarını gücləndirdyini bildirib. Bundan əlavə, İranın azərbaycanlılar məslkunlaşan şəhərlərində Azərbaycana dəstək aksiyasında iştirak etmiş onlarla adamın həbs olunduğu və işgəncələrə məruz qalması barədə məlumatlar yayılıb.
SEE ALSO: İranın Araz sərhəd ərazisində havadan müdafiə sistemi quraşdırdığı bildirilirHüquqşünas Ələsgər Məmmədlinin fikrincə, İranın Xarici İşlər Nazirinin Ərdoğanın səsləndirdiyi şeirə reaksiyası "suçluluq" duyğusundan irəli gəlir:
"1072 km-lik Araz çayının 548 km-lik hissəsi Türkiyə daxilində, 80 km-lik hissəsi Azərbaycan daxilində axır. Yarısından az bir hissəsi isə 4 ölkənin dövlət sərhədlərinin kəsişməsində axır. İranın Xarici İşlər Nazirinin Ərdoğanın Araz bayatısını söyləməsini həzm edə bilməməsi "suçluluq" duyğusudur".
Seçkilərin Monitorinqi və Demokratiya Tədrisi Mərkəzinin sədri Anar Məmmədli Facebook səhifəsində İranın reaksiyasını onun "bölgədə post-müharibə dövrünə" hazır olmaması ilə əlaqələndirib.
"Dünən Ərdoğan Bakıda bölgənin 6 ölkəsi - Azərbaycan, Gürcüstan, İran, Rusiya, Türkiyə və Ermənistan arasında əməkdaşlıqla bağlı platformanın yaranmasına toxundu. Amma İranın xarici işlər naziri bu ideyaya deyil, sırf Qarabağın işğalı ilə bağlı bayatıya reaksiya verdi. Belə görünür ki, bölgədə post-müharibə dövrünə hələ hamı hazır deyil".
SEE ALSO: Jalə Təbrizli: İranda Qarabağa dəstək aksiyalarında tutulanlar ağır işgəncələrə məruz qalıbRəsmi Tehran Ərdoğanın çıxışının İranda azərbaycanlılar arasında separatçı tendensiyaları alovlandırcağından narahtdır.
"Türkiyə səfiri məlumatlandırılıb ki, ərazi iddiaları və ekspansionist imperiyalar dönəmi başa çatıb," Xarici İşlər Nazirliyi öz vebsaytında yazıb. "İran heçə kəsə öz ərazi bütövlüyünə müdaxilə etməyə icazə vermir."
Anadolu Xəbər Agentliyi Türkiyə Xarici İşlər Nazirliyininin İran səfirini nazirliyə çağırdığı haqda məlumat yayıb. Türklər İran İslam Respublikası rəsmilərinin Prezident Ərdoğan haqda iddialarına etiraz ediblər.
İrannın şimal-qərbində milyonlarla azərbaycanlı yaşayır. Siyasi fəallar azərbaycanlı icmanın bir çox siyasi və mədəni hüquqlardan məhrum oduğunu, İslam Respublikasının təhlükəsizlik orqanları tərəfindən sistematik basqılara məruz qaldıqlarını deyirlər.