Xameneyini məsxərəyə qoyan karikaturaya görə redaktor və jurnalist həbs edildi

Ayətullah Əli Xameneyi

İranın yarı-rəsmi ILNA xəbər agentliyinin sosial media administratoru və baş redaktoru ötən həftə ölkə rəhbərliyinin təhqiramiz hesab etdiyi karikatura səbəbilə həbs olunublar.

İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyini lağa qoyan karikaturanın ILNA-nın Telegram hesabına yerləşdiriləndən qısa müddət sonra çıxarıldığı deyilir.

ILNA-nın baş redaktoru Məsud Heydəri zaminə buraxılıb, xəbər agentliyinin Telegram hesabının administratoru Həmin Haqcu həbsdə saxlanılıb. Onlara qarşı rəsmi ittihamların irəli sürülüb-sürülmədiyi bəlli deyil.

Tehranın baş prokuroru Əli Ağası Mehr aprelin 27-də deyib ki, məsələ ilə bağlı istintaq başladılıb.

“Təhqiredici karikatura yerləşdiriləndən sonra, onun kanaldan yığışdırılması tələb olunub,” İran mediası Ağası Mehr-ə istinadən bildirib.

“ILNA-dan məsul şəxs və Telegram kanalının administrator aprelin 23-də həbs olunub,” o əlavə edib.

ILNA “hörmətsiz” karikatura ilə hər hansı bağlantısı olduğunu inkar edib, tənqidçilərini xəbər agentliyinin loqosundan istifadə etməkdə və yalandan karikaturanı dərc etməkdə ittiham etməkdə günahlandırıb.

Karikaruta koronavirusu dəf etmək etmək üçün dəvə sidiyi içmək və saxta müalicə üsullarını təbliğ edənləri məsxərəyə qoyur.

Bekə görünür, karikaturada İranın ali dini rəhbəri olan Ayətullah Əli Xameneyinin bu cür müalicə yollarını dəstəkləyir, çünki o, səssizliyə çağıran tibb işçisi kimi təsvir olunur.

İran Yaxın Şərqdə koronavirus pandemiyasının ən çox təsirinə məruz qalan ölkələrdən biridir. Rəsmi məlumatlara görə, ölkə boyu 91 mindən çox yoluxma, 5800-dən çox ölüm halı təsdiqlənib. Lakin tənqidçilər ölkədə şəffaflıq və mətbuat azadlığı olmadığı üçün bu rəqəmlərin daha yüksək olduğuna inanır.

Keçən həftə internetdə dəvə sidiyi içdiyi videosunu paylaşan kişi həbs olunub. Video internetdə viral olmuşdu və bir çox insanlılar onu sosial mediada lağa qoymuşdu.

Nyu Yorkda qərargahlanan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirib ki, İran rəsmiləri Heydəri və Haqcu ilə bağlı istintaqa dərhal son qoymalı və onların azad şəkildə fəaliyyət göstərmələrinə icazə verməlidir.