Umud Şükri: Türkiyə-İran əlaqələrində enerji başlıca rol oynayır [Audio]

Umud Şükri

“İran-Türkiyə Əlaqələrində Enerjinin Rolu” adlı kitabın müəllifi güneyli araşdırmaçı Umud Şükri Türkiyə-İran münasibətləri və ticari əlaqələrdə enerjinin rolu və önəmi haqda Amerikanın Səsinə danışıb. Müsahibədə cənab şükri Türkiyənin enerjiyə ehtiyacının artmasının siyasi və təhlükəsizliklə bağlı nəticələri, habelə Türkiyə-İran arasındakı ticari əlaqələrin artmasının İranın Azərbaycan bölgələri üzərində təsirinə toxunub.

Your browser doesn’t support HTML5

Umud Şükri Türkiyə-İran münasibətlərini şərh edir


Umud Şükri enerji məsələsinin Türkiyə-İran arasında siyasi əlaqələrdə başlıca rol oynadığını vurğulayıb. Onun bildiridyinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin 75 faizini Türkiyənin İrandan satın aldığı təbii qaz və neft təşkil edir.

The Role of Energy in Iran-Turkey Relations

Yeditepe ve İstanbul universitetlərinin məzunu olan Umud Şükri Türkiyənin enerji ehtiyacının ilbəil artdığını və bu ehtiyacı qarşılamaq üçün İran kimi neft və qazla zəngin ölkələrlə münasibətlərini yaxşı səviyyədə saxlamağa məcbur olduğunu bəyan edib.

“Türkiyə uzun zaman enerji ehtiyacının böyük hissəsini Rusiya vasitəsilə təmin etmişdir. Ancaq, enerji təhlükəsizliyi baxımından sadəcə bir ölkəyə bağlı olmaq təhlükəlidir. Buna görə, Türkiyə təbii qaz və neft ehtiyacının böyük bir hisəssini bir neçə ölkə, o cümlədən, İran və Azərbaycan Respublikasından təmin etməyə çalışır,”-deyə o bildirib.

İran Azərbaycanında sərmayə yatıran Türkiyə şirkətləri mövcüddür. Amma, güneydə potensial daha yüksəkdir və Türkiyə iş adamları və şirkətləri də bunu bilir, daha artıq sərmayə yatırmaq istəyirlər.
Umud Şükri
Umud Şükrinin sözlərinə görə, enerjiyə ehtiyacı artan Türkiyə bəzən İran və İraq Kürdüstanı kimi təbii qaz və neft aldığı ölkələrdən gələn təhlükəsizliklə bağlı hədələrə göz yummalı olur.

Güneyli araşdırmaçı iki ölkə arasında iqtisadi-ticari münasibətlərin artmasının İran Azərbaycanına təsirini də dəyərləndirib:


“Türkiyə və İran arasında ticari əlaqələrin artması Azərbaycan şəhərlərinin xeyrinə olar. İndi İran Azərbaycanında sərmayə yatıran Türkiyə şirkətləri mövcüddür. Amma, güneydə potensial daha yüksəkdir və Türkiyə iş adamları və şirkətləri də bunu bilir, daha artıq sərmayə yatırmaq istəyirlər. Bürokratik məhdudiyyətlər imkan versə, bu yatırımlar çoxalar və bölgə iqtisadiyyatı üçün faydalı olar.”

Umud Şükrinin ingilis dilində yazdığı İran-Türkiyə Əlaqələrində Enerjinin Rolu (The Role of Energy in Iran-Turkey Relations) adlı kitabı ötən dekabr ayında Almanyanın Lambert nəşriyyatı tərəfindən çap edilib.