İran parlamenti yanvarın 7-də ABŞ ordusu və hərbi qüvvələrin bütün üzvlərini, habelə Pentaqonu "terrorçu" olaraq tanıyan qanun layihəsini qəbul edib.
Qanun layihəsinə əsasən, ölkə hakimiyyəti həmçinin Süleymaninin başçılıq etdiyi Qüds qüvvələrini gücləndirmək üçün Milli İnkişaf Fondundan 200 milyon avro ayırmalıdır. Qüds qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun elitar bölməsidir. ABŞ 2019-cu ilin aprel ayında Qüds qüvvələrini terror təşkilatı kimi tanıyıb.
Qanunun mətninə görə, terrorçular siyahısına "bütün Pentaqon üzvləri və onunla əlaqəli idarə və təşkilatlar, həmçinin Qasım Süleymaninin ölümündə iştirak edən rəhbərlər" daxildir. İranın ən nüfuzlu rəsmilərindən biri və İran İslam İnqilabı Keşikçilər korpusunun bölmə komandiri olan general Süleymaninin qətlinə cavab olaraq hazırlanmış sənəd yekdilliklə qəbul edilib. General ABŞ prezidenti Trampın şəxsi əmri ilə ABŞ-ın xüsusi əməliyyatı zamanı İraqda Bağdad beynəlxalq hava limanı yaxınlığında öldürülüb.
SEE ALSO: Təhlil: İrandan hansı cavab gözlənilir?Qanun layihəsi 238 deputatdan 228-i tərəfindən dəstəklənib. Bu, İranda keçən ilin aprel ayında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) terror təşkilatı olaraq tanınmasına dair qəbul edilən qanuna edilən bir düzəlişdir. Qanunun mətninə görə, "Yaxın Şərqdəki ABŞ qüvvələrinin hamısı terrorçu və ABŞ hökuməti isə terrorun sponsorudur."
ABŞ-ın hazırkı administrasiyası Süleymaninin "bölgədəki İraqlı diplomatlar və İraq qüvvələrinə qarşı hücum planlarını aktiv inkişaf etdirdiyini" və onun Qüds qüvvələrinin "yüz minlərlə ABŞ hərbçisi və koalisiya qüvvələrinin üzvünün ölümü və yaralanmasına görə məsuliyyət daşıdığın"da israr edir. ABŞ hakimiyyəti Süleymanini Amerikanın İraqda Kərkük yaxınlığındakı hərbi bazasına raket hücumunda, Bağdaddakı yaşıl zonanı (ABŞ səfirliyinin yerləşdiyi hökumət bloku) atəşə tutmaqda və ABŞ-ın İraqdakı səfirliyinə hücum etməkdə ittiham edir.
SEE ALSO: Esper: ABŞ İraqdan geri çəkilmirSüleymaninin öldürülməsinə cavab olaraq, İraq parlamenti ABŞ-dan Amerika əsgərlərinin dərhal İraqdan çıxarılmasını tələb edib. ABŞ-ın Müdafiə naziri Mark Esper bazar ertəsi deyib ki, Birləşmiş Ştatlar hərbi qüvvələrini İraqdan geri çəkməyəcək.