İran Fransanın nüvə razılaşmasını xilas etmək səylərini alqışlayır

İran Fransanın 2015-ci il nüvə razılaşmasını xilas etmək səylərini alqışlayır. İranın Xarici İşlər Nazirliyinin sözçüsü iyulun 10-u Fransa prezidenti Emmanuel Makronun diplomatik müşavirinin böhranın həlli məqsədilə müzakirələr aparmaq üçün Tehrana səfər etdiyini bildirib.

İran iyulun 8-i nüvə razılaşmasına əsasən aktiv olmayan sentrifuqaları yenidən işə salacağı və uran zənginləşdirilməsini nüvə razılaşmasından uzaqlaşaraq, 20 faizə qədər artıracağı ilə təhdid edib.

Tehran müqaviləni imzalayan Avropa ölkələrini İranı ABŞ-ın keçən il müqaviləni tərk etdikdən sonra qoyduğu sanksiyalarından qorumaq üçün səy göstərir.

İranın dövlət xəbər agentliyi İRNA Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvinin "Fransanın gərginliyin azaldılması və razılaşmanın həyata keçirilməsində rolunu" alqışladığını dediyi haqda məlumat verib.

Bonnenin Tehrana səfəri Fransa prezidenti Makronun bu həftə ərzində ABŞ prezidenti Donald Trampla İran məsələsini ikinci dəfə müzakirə etməsindən sonraya təsadüf edir.

Makron iyulun 6-ı İran prezidenti Həsən Ruhani ilə telefon söhbəti apararaq, gərginliyin azaldılması üçün dialoqun bərpası fikrini müzakirə edib.