Qərbi Azərbaycan vilayətinin Tikantəpə (Tekab) şəhərində yaşayan ailənin övladına Onur adını seçdiyi üçün uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edən İranın Vətəndaşlıq Qeydləri İdarəsi nəhayət ailənin tələbinə müsbət cavab verib.
2017 may-da dünyaya gələn Onurun atası Əli Hidayəti bu xəbəri şəxsi İnstagram hesabından paylaşaraq, “3 il 6 ay çalışdıqdan sonra Tikantəpə Vətəndaşlıq Qeydlər İdarəsi Onur adına şəxsiyyət vəsiqəsi vermək məcburiyyətində qaldı” - deyə, bildirib.
Tikantəpə şəhərinin Vətəndaşlıq Qeydləri İdarəsi Onur adına şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsi ardından atası həmin idarəyə verilən müraciətlərinin nəticəsiz qalmasından sonra məhkəməyə şikayət etməyə məcbur olduğunu bildirib.
42 ay müddətində şəxsiyyət vəsiqəsindən məhrum edilən Onur bu illər boyu bir çox vətəndaşlıq haqqından məhrum qalıb.
SEE ALSO: İranda Onur adlı uşağa 3 ildir şəxsiyyət vəsiqəsi verilmirİlkin məhkəmə Onurun atasının şikayətini təmin etməsə də, apellyasiya məhkəməsi Vətəndaşlıq Qeydləri İdarəsinin Onur adına şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsinin hüquqi əsası olmaması, Onurun ailəsinin tələbi üzrə uşaq üçün şəxsiyyət vəsiqəsi verilməli olduğu haqda hökm çıxarıb.
Ötən aylarda Ərdəbilli sənətkar Səccad Colani sosial mediada paylaşdığı bir videoda Ərdəbilin Vətəndaşlıq Qeydləri İdarəsi tərəfindən yeni dünyaya gəlmiş uşağı Anıla şəxsiyyət vəsiqəsi verilmədiyini bildirmişdi.
Vətəndaşlıq Qeydləri İdarəsi Colani ailəsinin uşağına vermək istədiyi Anıl adını təsdiqləmək üçün Tehrandakı üç nəfərlik bir heyətə göndərdiyini, daha sonra Tehrandan mənfi cavab gəldiyini bildirmişdi.
SEE ALSO: Ərdəbildə uşağa adı türkcə olduğu üçün şəxsiyyət vəsiqəsi verilmirİranda ailələrin uşaqlarına türkcə ad seçərək şəxsiyyət vəsiqəsi təmin etməkdə çətinlik çəkdikləri barədə insan haqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyəti BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat göndərib.
Uşağın anadan olandan bəri ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilmiş birinci insan hüquqlarındandır.