Qərbi Azərbaycan vilayətinin Maku (Makı) şəhərində fəaliyyət göstərən jurnalist və türk fəal Yavər Sultani daha əvvəl məhkum olduğu 4 aylıq həbs müddətini keçirmək üçün həbsxanaya göndərilib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, jurnalist bazar ertəsi günü dekabrın 7-də nəzarət altına alınaraq Makı şəhərinin həbsxanasına köçürülüb.
Yavər Sultani keçən iyun ayında İslam İnqilabı Qvardiyasının (Sepah) təhlükəsizlik qurumu tərəfindən saxlanılıb, bir gün sorğu-sual edildikdən sonra 50 milyon tümən məbləğində mülki zəmanətlə müvəqqəti olaraq sərbəst buraxılmışdı.
SEE ALSO: İran Azərbaycanında ‘irqçiliyin simvolu hesab edilən heykəllər’ haqda reportaj hazırlayan jurnalist tutulubJurnalist nəzarət altına alındıqdan bir neçə gün əvvəl “Maku Times” adlı Instagram hesabında paylaşdığı bir videoda Maku şəhərinin “Həftə” meydanında yerləşdirilmiş şair Firdovsinin heykəlini irqçiliyin simvolu olaraq dəyərləndirmişdi. O, Makunun həftə meydanında çəkdiyi həmin videoda ABŞ və Avropada irqçilik və müstəmləkəçiliyi nümayiş etdirən heykəllərin etirazçılar tərəfindən götürülməsinə diqqət çəkərək deyib ki, "Corc Floydun ölümü bahanə oldu ki, irqçiliyin çirkin üzü daha dərin düşünülsün.”
Müvəqqəti azadlığa buraxıldıqdan bir müddət sonra Sultani “ictimai rəydə təşviş yaratmaq” və “ümumi ictimai pozmaq” ittihamları ilə günahlandırılaraq, Maku Cəza Məhkəməsi tərəfindən bir il həbsə məhküm edilib. Qərbi Azərbaycan Apellyasiya Məhkəməsi daha sonra həbs müddətini 4 aya endirərək, qalan 8 ayı 2 il sınaq müddəti olmaqla şərti həbslə əvəz edib.