İqtisadiyyat üzrə Nobel mükafatına iki amerikalı layiq görülüb

İsveçin Mərkəzi Bankı (Sveriges Riksbank) Alfred Nobel şərəfinə 2020-ci il İqtisadi Elmlər Üzrə Mükafatını Amerikanın iki iqtisadçısına layıq görüb.

İsveç Kral Elmlər Akademiyası mükafatı Pol R. Milqrom və Robert B. Vilsona "hərrac nəzəriyyəsini inkişaf etdirdiklərinə və yeni hərrac formatlarının ixtiralarına" görə verdiyini deyib.

1.1 milyon dollarlıq mükafat iki iqtisadçı arasında bərabər şəkildə bölünəcək.

İqtisadi Elmlər üzrə Nobel Mükafatı Alfred Nobelin vəsiyyətinə daxil edilməyib. İsveçin Mərkəzi Bankı Alfred Nobelin xatirəsi olaraq bu mükafat barədə məlumatl 1968-ci ildə, özünün 300 illik yubileyində açıqlayıb. Bu mükafat ilk dəfə 1969-cu ildə verilib və o vaxtdan bəri bank tərəfindən maliyyələşdirilir.

2020-ci il Fiziologiya və Tibb üzrə Nobel mükafatları bazar ertəsi Hepatit C virusunun müəyyənləşdirilməsindəki “seminal kəşflərinə” görə ABŞ-dan alimlər Harvi J. Alter və Çarls M. Raysa və Britaniya alimi Maykl Houtona verilib.

Qara dəliklərlə bağlı kəşflərinə görə Nobel mükafatına fizika üzrə üç alim layıq görülüb. İsveç Kral Elmlər Akademiyası çərşənbə axşamı 1,1 milyon dollarlıq mükafatın yarısını riyaziyyatdan istifadə edərək, qara dəliklərin "Albert Eynşteynin ümumi nisbi nəzəriyyəsinin birbaşa nəticəsi" olduğunu isbat etdiyinə görə britaniyalı Rocer Penrouza verildiyini bildirib.

Kimya üzrə mükafat genin redaktə edilməsi metodunu inkişaf etdirdiyinə görə Fransa və Amerikadan iki alimə verilib.

Genlərin tənzimləməsi metodunu inkişaf etdirdiyinə görə bu il Nobel mükafatına kimya üzrə iki alim layiq görülüb. Akademiya 1,1 milyon dollarlıq mükafatı Fransa alimi Emmanuel Şapantye və ABŞ alimi Cenifer Dudna arasında bölüb.

Ədəbiyyat üzrə Nobel mükafatına “sərt gözəlliyi ilə fərdi varlığı universal hala gətirən səhvsiz bir şeir səsinə” görə amerikalı şair Luisa Qlük layiq görülüb.