İndoneziyada leysan yağışlar axtarışları çətinləşdirir

İndoneziya

Rəsmilər Anak Krakatoa ətrafında insanların getməməli olduqları ərazizi iki kilometrdən beş kilometrədək uzadıb. Sakinlərə oraya getməmələri barədə xəbərdarlıq edilib. Şənbə günü baş verən sunami nəticəsində 400-dən çox insan həyatını itirib

Təbii fəlakət nəticəsində didərgin düşən təxminən 22 min insanın bəziləri başqa bir sunaminin olacağı ilə bağlı yaşadıqları nigaranlıq səbəbilə peşəkarların yardımını alır.

Cümə axşamı yağan leysan yağışların hələ də itkin olan 150-dən çox insanın axtarışını çətinləşdirir və daha çox daşqının olacağına dair naharatlıqları artırır.