ABŞ-ın İndianapolis şəhərindəki FedEx poçt müəssiəsində 8 nəfər güllələnərək öldürülüb. Polis atəş açanın özünü öldürdüyünü xəbər verib.
Polis rəsmisi Genae Kukun verdiyi məlumata görə, hadisənin baş verdiyi aprelin 15-də gecə İndianapolis Beynəlxalq Hava Limanı yaxınlığında baş verən hadisə nəticəsində bir neçə nəfər yaralanıb.
Biri ağır bədən xəsarətləri olmaqla, ən azı dörd nəfər xəstəxanaya yerləşdirilib. Cook daha iki nəfərin hadisə yerində müalicə edilərək evə buraxıldığını deyib.
Atəş açanın kimliyi hələ bəlli deyil. Müstəntiqlər gecə sorğu aparmaq və dəlil toplamaqla məşğul olub. Kuk bildirib ki, atəş açan şəxsin müəssisənin işçisi olub-olmadığını demək hələ tezdir.
Bu, ABŞ-da son zamanlar kütləvi güllələnmə hadisələrin sonuncusu, İndianapolis şəhərində isə son dövrdə baş verən dördüncü hadisədir.
Polis rəsmisi bildirib ki, gecə saat 23 radələrində polisə atəş səsləri barədə zəng daxil olub və onlar əraziyə gəldikdə aktiv hücumun şahidi olublar.
Kuk deyib ki, "hadisənin dəqiq səbəbini araşdırmağa çalışırıq."
FedEx daha çox məlumat almaq üçün rəsmilərlə əməkdaşlıq etdiyi haqda açıqlama yayıb.
"Biz İndianapolis hava limanı yaxınlığındakı FedEx Ground-da baş verən faciəvi atışmadan xəbərdarıq. Təhlükəsizlik bizim əsas prioritetimizdir və hadisədən təsirlənən hər kəsin yanındayıq," açıqlamada bildirilir.