Azərbaycan və Ukrayna prezidentləri, eləcə də dünya üzrə yüzlərlə siyasətçi və milyarder sərvətlərini ofşor vergi cənnətlərində gizlətməkdən ötrü şirkətlərdən istifadə ediblər. Bunu yeni sızmış maliyyə sənədləri ortaya qoyub.
Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (BAJK) oktyabrın 3-də yaydığı "Panama Sənədləri" adlandırılan sənədlərə əsasən, dünyanın hazırkı və keçmiş liderləri dünyanın hər yerində var-dövlətə və gizli daşınmaz əmlaka sahibdir.
“Pandora Sənədləri” Azərbaycan və Ukrayna prezidentləri daxil olmaqla beş qitədəki ölkə liderlərinin, əksər hallarda başqa ölkələrdə olan aktivlərini gizlətdiyini və sərvətlərini ofşor vergi cənnətlərində gizlətməkdən ötrü ofşor şirkətlərdən istifadə etdiklərini göstərib.
Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu ilə birlikdə “Pandora Sənədləri” üzərində işləyən Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Təşkilatının (OCCRP)-nın redaktorlarından biri olan İlya Lozovski Amerikanın Səsinə müsahibədə sənədlərdəki əsas tapıntılar, Azərbaycan prezidenti İlham Əliyevin ailəsinə məxsus mülkləri barədə qısa məlumat paylaşıb və beynəlxalq ictimaiyyətin bu əməlllərin qarşısını almaq üçün ata biləcəyi addımları şərh edib.
Amerikanın Səsi: Cənab Lozovski, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu OCCRP və dünya boyu bir çox media təşkilatı ilə əməkdaşlıq edərək oktyabrın 3-də "Pandora Sənədləri"ni dərc edib. Bu sənədlərdə dünya boyu 35 hazırkı və keçmiş liderin, habelə 100-dən çox milyarder, biznesmen və məşhurların gizli ofşor hesabları açıqlanıb. Bizə "Pandora Sənəd"ləri barədə daha çox məlumat verə bilərsinizmi? Bu layihədəki ən böyük tapıntılar nədir?
İlya Lozovski: “Pandora Sənədləri” ofşor korporasiya xidmətləri verən 14 provayderdən sızdırılan sənədlərdir. Bunlar əsasən hüquq firmaları və ya insanlara ofor şirkətlər qurmağa yadım edən şirkətlərdir. Bu gün ofşor artıq hər hansı bir ada anlamına gəlmir. Ofşor Birləşmiş Krallıq, Florida, Cənubi Dakota, Delaver və dünya boyu bir çox yer ola bilər. Zəngin insanlar bu xidmətlərdən istifadə edərək sərvətlərini saxlaya biləcəkləri ofşor şirkətlər qururlar. Bir çox halda bunun legitim səbəbləri olur. Amma biz həmçinin tapmışıq ki, bu ofşor yerlərin təmin etdiyi məxfilik ictimai xadimlər, onların qohumları və başqa insanlar, və bəzi hallarda cinayətkarlara naməlum mənbədən gələn pulları gizlətməyə və əmlak sahibi olmağa imkan verir. Bizim tapıntılarımız bunlardır. Ən böyük tapıntılardan biri dünya liderləri ilə bağlıdır. Məsələn Çex Respublikasının baş naziri qeyri-adi pul axını ilə ofşor şirkətlərdən istifadə edərək Fransada şato (saray) alıb.
Bundan əlavə Əliyevlər ailəsi və onların Azərbaycandan olan yaxınları var ki, onların Londonda milyonlarla dollar dəyərində mülkləri var. Bu daha öncə bilinmirdi. İordaniya kralı var ki, onun da Londonda habelə Vaşinqton və Malibuda mülkləri var. Bununla birlikdə Rusiya Prezidenti Vladimir Putinin keçmiş sevgilisi olduğu iddia olunan qadının da sahib olduğu mənzil var.
Bunlar siyasi fiqurlardr. Bundan əlavə məşhurlar və başqa insanlar da var. Bu layihəyə 600-dən çox jurnalist cəlb olunub, ona görə də mənim bəzi hekayələrdən xəbərim yoxdur, çünki onların sayı çoxdur.
SEE ALSO: Əliyev ailəsinin Londonda 700 milyon dollarlıq mülkləri (Virtual tur)Amerikanın Səsi: Siz qeyd etdiniz ki, "Pandora Sənədləri"ndə Azərbaycan prezidenti İlham Əliyevin ailəsi və yaxın iş ortaqları ilə əlaqəsi olan ofşor şirkətlər şəbəkəsinin son 15 ildə Birləşmiş Krallıqda 700 miyon dollarlıq əməlak əldə etdiyinin üstü açılıb. Bu haqda daha ətraflı danışa bilərsinizmi?
İlya Lozovski: Əlbəttə. Deməli biz, səhv etmirəməsə, Britaniyanın Vircin adalarında 83 və ya 86 şirkət tapmışıq və onların hamısı bir-biri ilə əlaqəlidir. Belə ki, onlar birlikdə addımlar atırlar. Məsələn birdən-birə onlardan bir neçəsi direktorunu dəyişir, və ya hansısa sənədi təqdim edir, və ya aralarında transferlər edirlər. Belə görünür ki, onlar koordinasiyalı bir sistem olaraq fəaliyyət göstərirlər. Bu şirkətlərin benefisiarlarına prezidentin qızları Leyla və Arzu və oğlu Heydər daxildir ki, o, ilk ofşor şirkətinə sahib olduğu zaman sadəcə 11 yaşında idi. Bu gülməlidir, çünki Heydər həmin şirkəti alanda, o şirkətin Londonda daşınmaz kommersiya əmlakı var idi və ofis binası olaraq fəaliyyət göstərirdi. Həmin binadakı ofislər Conde Nast nəşriyyatı, Michelin ulduzlu restoran və sənət qalereyasına icarə verilirdi. Yəni onlar bunu bilmirdilər, amma prezidentin 11 yaşlı oğlu Heydər Əliyevə kirayə ödəyirdilər. Bundan əlavə prezidentin qaynatası bu əmlakların bəzilərinə nəzarət edən trastı idarə edirdi. Bununla yanaşı ailənin yaxın biznes ortaqları da var ki, onlar da bəzi hallarda səhmdar, bəzən isə direktor qismində bu quruluşlarda rol oynayırlar. Yəni bu bir sistem olaraq görünür, amma bu əmlakın bu insana və yaxud başqa bir insana aid olduğunu demək çox çətindir, çünki kağızda yazınlarları görə bilərsən, amma həqiqətin nə olduğunu demək çətindir. Ona görə də, biz sadəcə tapdığımız məlumatları işıqlandıra bilirik.
Amma dediyiniz kimi, Londonda yeddi yüz milyon dollarlıq əmlakdan söhbət gedir. Onların bəziləri satılıb, amma pik zamanında 700 milyon dəyərində olub. Onlara lüks mənzillər, ofis binaları, ferma, Londonun şimalında bir mülk, kommersiya əmlakları daxildir. Məsələn bu binalardan biri məşhur bir paba icarəyə verilib. Yəni heyrətamiz sayda əmlakdan söhbət gedir.
Amerikanın Səsi: "Pandora Sənədləri"ndə həmçinin bildirilir ki, Əliyevlər Londondakı əmlaklarından birini Kraliçaya məxsus daşınmaz əmlakları idarə edən "Crown Estate" korporasiyasına satıb ki, bu korporasiyanı da Britaniya Maliyyə Nazirliyi idarə edir. Və layihədə deyilir ki, əslində bu tranzaksiyaların çoxunda hər hansı hüquqi qanun pozuntusu yoxdur. Bəs bu tapıntı dünyanın aparıcı demokratiyalarından biri olan Britaniya hökuməti üçün nə deməkdir?
İlya Lozovski: Bir neçə məsələ bar. Birincisi, London bu cür insanlar üçün tam bir cənnətdir. Burada xüsusi qanun pozuntuları yoxdur, biz pulların hardan gəldiyini bilmirik, amma bu insanların ictimai xadimlər və ya onların ailə üzvləri olması 700 milyon dolların hardan gəldiyinə dair suallar doğurur.
SEE ALSO: 'Pandora sənədləri' Putin, Zelenski və digər dünya liderlərinin gizli sərvətlərini üzə çıxarıbDeməli bu pul Londona bütün dünyadan gəlir və çox vaxt pulların gizlədildiyi yer olaraq istifadə olunur, çünüki insanlar pullarının təhlükəsiz bir yerdə olmasını istəyir. Məsələn sən hansısa bir ölkənin rüşvətxor rəsmisisənsə və pullarının əlindən alınmasını istəmirsənsə, onları Qərbdə, dünyanın ən yaxşı hüquqi sistemlərindən birinə malik olan Birləşmiş Krallıqda saxlamaq istəyirsən, çünki beləcə pulların təhlükəsizlikdə olur. Məsələn daşınmaz əmlak yaxşı investisiyadır. Nəticədə London o qədər cəlbedici olur ki, bütün dünyadan çirkli pulların axdığı episentrə çevrilib. Londonda sözün əsl mənasında kleptokratiya turları var və orada insanları şəhər boyu gəzdirib, hansı mülkün hansı oliqarxa aid olduğunu göstərə bilirsən. Hətta bizim layihədə də virtual tur var. Orada xəritəyə daxil olub, mülkləri görmək mümkündür və onların bəziləri hətta bir-birilərindən bir neçə dəqiqəlik məsafədə yerləşir. Bu çox təəcüblüdür.
Xarici pullar yerli daşınmaz əmlaka yatırıldığında, Londonda daşınmaz əmlakın qiyməti yerlilər üçün artır. Və əslində Birləşmiş Krallıqda əmlaklarla bağlı məlumatlar ictimaiyyətə açıqdır. Məsələn üç funt sterlinq ödəyib hər hansı əmlakın sənədlərini alıb, onun sahibini öyrənə bilərsən, çünki bu açıq məlumatdır. Amma bu əmlaklarda sahib olaraq ofşir şirkətlər göstərilir və sən ofşor şirkətin adını tapa bilərsən, amma həmin şirkətin arxasında kimin olduğunu bilmirsən. Beləcə də şəffaflıq yox olur. Britaniyanın Vircin adaları da Britaniya ərazisidir. Orada qaydalar şirkətlərin sahiblərinin adlarının gizli saxlanmasına imkan verir. Ona görə də əgər hökmət bu məsələyə ciddi yanaşmaq və islahatlar etmək istəyirsə, şirkətlərin reyestrləri ilə bağlı şəffaflığı artırmağı, şirkət reyestrlərindən şirkətlərin benefisiar sahibləri ilə bağlı məlumat toplamasını tələb etməli və daha sonra bu məlumatları ictimaiyyətə açıq etmllidir. Bu təkcə Birləşmiş Krallıq deyil, Birləşmiş Ştatlara və dünya boyu bir çox ölkəyə də aiddir.
məncə Azərbaycan, Rusiya və bənzər ölkələri tənqid etmək haqqına sahib olmaq üçün Qərb ölkələri ilk öncə öz ölkələrində nizamınn olduğundan əmin olmalı, bu boşluqları aradan qaldırmalı, şəffaflıq yaratmalı və ölkə daxilində korrupsiyaya qarşı mübarizə aparmalıdırlar.
Amerikanın Səsi: Bu əməllərə son qoymaq mümkündürmü? Bu nə dərəcədə asan və ya çətindir?
İlya Lozovski: Deyərdim ki, çox çətindir. Məncə təzyiq artır, çünki bu cür tapıntıların bir neçə ildir üstü açılır. Məsələn “Panama Sənədləri”, “Cənnət sənədləri” və OCCRP-nin üzə çıxardığı Azərbaycan Landromatı, Rusiya Landormatı kimi araşdırmaçı layihələr olub. Ona görə də insanlar arıtq bu korrupsiyadan təngə gəlib. İnsanlar bu sahədə işlərin görülməsini istəyir. Məsələn “Pandora Sənədləri” layihəsindən bir neçə gün keçib və artıq ABŞ Konqresində bu layihədən ilhamlanaraq şəffaflıqdakı boşluqları aradan qaşdırmaq üçün qanun layihəsi irəli sürülüb. Bunlar əlavə Avropa İttifaqı böyük şirkətlərdən hansı ölkədə vergi ödədiklərini açıqlamalarını tələb edən sistem tətbiq etmək üzərində çalışır. Hazırda belə bir tələb yoxur, amma Avropa İttifaqında artıq olacaq.
Mən Avropa Parlamentinin bəzi üzvləri və bu cür islaharları təşviq edən aktivistlərlə danışmışam və hər kəs deyir ki, bu cür jurnalistik tapıntılar qəbul edilən bəzi islahatların arxasındakı aparıcı qüvvədir. Aydındır ki, hələ çox iş görülməyib. Məsələn “Pandora Sənədləri” açıqlananda sonra Britaniyanın Vircin Adalarında yerli şirkət reyestrindən artıq şirkətlərin benefisiar sahibləri haqda məlumat toplaması tələb olunur. Əvvələr onlar bunu bilmək məcburiyyətində deyildilər. İndi isə məcburdurlar. Lakin onlar bu məlumatı ictimaiyyətə açıqlamırlar. Bunun da bir neçə il sonra olacağı gözlənilir. Gördüyünüz kimi, irəliləyiş var. İcitimai təzyiq də var. Məsələn, Avropa İttifaqı, Avropa Parlamentindəki yaşıl partiya üzvləri bu məsələlərə çox ciddi yanaşır. Yəni islahat üçün təzyiq göstərən siyasi güclər mövcuddur. Amma hələ bizim önümüzdə uzun yol var.
Amerikanın Səsi: Azərbaycan hökuməti məsələ ilə bağlı ictimaiyyətə şərh verməyib. Siz onlara şərh üçün müraciət etmisinizmi?
SEE ALSO: Azərbaycanın birinci ailəsinin Londondakı şəxsi mülklərinin siyahısı [Araşdırma]İlya Lozovski: Əlbəttə ki. Biz həmişə bu hekayələri dərc etmədən əvvəl yazıda adı hallanan hər kəsə müraciət edib, şərh istəyirik. Çox vaxt da heç bir cavab almırıq. Çox nadir hallarda bir cavab və ya təhdid alırıq.
Məsələn “Pandora Sənədləri”ndə Rusiya ilə bağlı bir yazı var idi və orada 1-ci kanalın rəhbərinin ofşor şirkətlər vasitəsilə Moskvada kinoteatrın təmir layihəsində pay aldığı bildilirmişdi. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu ondan şərh istəyəndə o, “siz CIA-in maliyyələşdirdiyi gizli xidmətsiniz” demişdi. Yəni bəzən bizim aldığımız cavablar bu cür olur. Çox hadir hallarda hər hansı bir mənalı cavab və ya pul axını ilə bağlı bir izahat alırıq.
Amerikanın Səsi: Bu ilk dəfə deyil ki, Azərbaycanının hakim ailəsinin ofşor hesablarının üstü açılır, lakin onlar buna görə heç bir əks-təsir ilə qarşılaşmayıblar. Beynəlxalq ictimaiyyət Azərbaycan hökuməti və "Pandora Sənədləri"ndə adları hallanan digərlərini cavabdeh tutmaq üçün nələr edə bilər?
İlya Lozovski: Təbii ki, bu fundamental problemdir. Prezident Əliyev avtoritar hökumətin başındadır və bu hökumət ölkədə hər şeyə nəzarət edir və ölkə daxilində bununla bağlı çox az şey edilə bilər. Beynəlxalq səviyyədə müxtəlif sanksiyalar tətbiq oluna bilər. Məncə beynəlxalq icitmaiyyətin edə biləcəyi ən mühüm şey odur ki, onlar öz ölkələrində dəyişiklik edə bilərlər. Məsələn bu qədər pul London, Vaşinqton, Florida və ya hər hansı başqa bir yerə daxil olanda demokratik prosesi təhrif edir. Belə çıxır ki, Qərb ölkələri dünyanın başqa yerlərindən gələn pulları yuyurlar və bu, ölkə daxilində də korrupsiyaya gətirib çıxarır. Yəni Birləşmiş Ştatlar və Birləşmiş Krallıq bir çox mənada öz ölkələrində nizam yaratmalıdırlar ki, təkcə öz demokratiyalarını qorumasınlar, həm də, bütün dünyaya nümunə olsunlar və bu pul axınının qarşısını alsınlar. Beləcə özünün hakimiyyəti səbəbilə yoxsul və pis şəraitdə olan bir ölkədən pul oğurlayan bir rəsmi bu pulları çıxarıb, başqa bir ölkədə ondan faydalanmamalıdır.
Ona görə də, məncə Azərbaycan, Rusiya və bənzər ölkələri tənqid etmək haqqına sahib olmaq üçün Qərb ölkələri ilk öncə öz ölkələrində nizamınn olduğundan əmin olmalı, bu boşluqları aradan qaldırmalı, şəffaflıq yaratmalı və ölkə daxilində korrupsiyaya qarşı mübarizə aparmalıdırlar. Mənim fikrimcə onların edə biləcəyi ən yaxşı şey budur.