İkinci Dünya Müharibəsinə həsr edilmiş muzey
Your browser doesn’t support HTML5
Ukraynanın paytaxtı Kyiv şəhərinə gələn əcnəbilərin ziyarət etdikləri ilk məkanlardan biri də Ukrayna İkinci Dünya Müharibəsi Tarixi Muzeyidir.
Bu muzey İkinci Dünya Müharibəsində canlarından keçmiş insanların xatirəsinə yaradılıb. Böyük bir sahəni əhatə edən muzey Dnepr çayının sağ sahilindəkı mənzərəli təpələrin üzərində inşa edilib. Muzeyin yaxınlığında "Ana vətən" heykəli yerləşir.
Muzeyin hazırda yerləşdiyi ərazidəki açılışını sovet lideri Brejnev 1981-ci ilin mayın 9-da xüsusi mərasimlə həyata keçirib. Bu əraziyə qədər isə muzey iki müxtəlif ərazidə yerləşib.
Bu xatirə kompleksi II Dünya Müharibəsi texnikasına sahib olan kasaya bənzəyən nəhəng hissə - "Şöhrət alovu" və "Qəhrəman şəhərlər xiyabanı"-nı özündə birləşdirir.
Muzeylərdən birində II Dünya Müharibəsindən sonra Sovet ordusunun istifadə etdiyi silah-sursat da nümayiş olunur.
Xiyabanda olan heykəllər isə Sovet sərhədinin 1941-ci il Alman istilasından cəsarətlə müdafiəsini, nasist işğalının dəhşətlərini, partizan mübarizəsini, ön cəbhədəki sədaqətli xidmətləri və 1943-cü ildə Dnepr döyüşlərini əks etdirir.
Burada İkinci Dünya Müharibəsi illərində istifadə olunan silah-sursat, texnika və digər maraqlı eksponatlar sərgilənir.