Ağır yataq xəstəsi olan Əbülfəz Bünyadov məhkəmənin qərarı ilə iyulun 10-da həbsdən azad edilib. İşə Bakının Nizami Rayon Məhkəməsi baxıb.
Vəkil Fəxrəddin Mehdiyev Əbülfəz Bünyadovun Cinayət Məcəlləsinin 76.2-ci maddəsi (cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) əsasında azad edilməsi üçün vəsatət qaldırıb. Dövlət ittihamçısı etiraz etməyib və Bünyadov məhkəmə zalında azad edilərək evə göndərilib, vəkil bildirib.
SEE ALSO: Leyla Bünyadova: Əbülfəz Bünyadovun ağır vəziyyətini nəzərə almağınızı xahiş edirəmƏbülfəz Bünyadov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı yaralanıb və iflic olub. O həbs edilib, ancaq bir müddət sonra polis nəzarətinə verilib. Lakin 2018-ci il iyulun 11-də məhkəmə onu 15 il azadlıqdan məhrum edib. Onu məhkəmə zalından xərəkdə həbsxanaya aparıblar.
Bir həftə öncə ailəsi Əbülfəz Bünyadovun azadlığa buraxılmasına yardımçı olması üçün Azərbaycan rəhbərliyinə müraciət edib.