ABŞ:Qbaqbonun həbsi tiranlara mesajdır

  • Amerikanın səsi

ABŞ:Qbaqbonun həbsi tiranlara mesajdır

ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Fil Dişi sahilinin keçmiş prezidenti Loren Qbaqbonun ələ keçirilməsi diktatorlar və tiranlara göstərir ki, hakimiyyətdə qalmağa çalışsalar bunun nəticələri ilə üzləşəcəklər. Bu gün Vaşinqtonda danışan xanım Klinton deyib ki, bu addım azad və ədalətli seçkilərdə öz xalqının səsinə əhəmiyyət verməyən liderlərə güclü siqnal göndərir. Klinton Fil Dişi sahilinin xalqını təmkin göstərməyə çağırıb və deyib ki, Birləşmiş Ştatlar prezident seçilmiş Alassane Outtara ilə birlik və bərpa planı üzərində işləməyə hazırdır.