İtlər bizim hisslərimizi başa düşür [Video]

Your browser doesn’t support HTML5

Itlər çox vaxt laboratorya şəraitində rahat olmurlar. Yalnız sevgi və bir az yeməklə onları dilə tutub maqnetik rezonans skanerinə oturtmaq olur. Bu yolla Macarıstanda yerləşən ELTE universitetinin araşdırmaçıları itlərin beyinlərinin rentgendən keçiriblər.

Araşdırmaçı Attila Andiks deyir ki, bu onlara it və insanlar arasındakı ünsiyyətin daha yaxşı anlaşılmasına kömək edib.

"Biz it və insanların eyni sosial mühiti paylaşdıqlarını bilirdik. Ancaq indi, bizim nəticələr göstərir ki, it və insanlar həmçinin social məlumatları həzm etmək üçün eyni beyin mexanizminə malikdirlər," deyə Atilla Andiks bildirir.

11 iti hərəkətsiz dayanması üçün əhliləşdirdikdən sonra beyinlərini rentgendən keçirərək onların təxminən 200-ə yaxın ağlamaq, hürmək, gülmək kimi emosional səslərə nevroloji reaksiyalarını yoxlayıblar. Araşdırmaçılar nəticəni insanların eyni səslərə verdikləri reaksiyalarla müqayisə ediblər. Nəticələr ortaya heyrətamiz bənzərliklər çıxarıb. Andiks bildirir ki, son tapıntı araşdırmalar üçün yeni üfüqlər açıb.

Attila Andiks: Bu nevrologiya dünyasının yeni sahələrinin bünövrəsini yaradır. Çünki bu günə qədər tək təcrübə ilə heyvan beynindəki reaksiyaları ölçmək mümkün deyildi.

İtin beyni həmçinin Şimal Karolina ştatında yerləşən Dyuk Universitetində araşdırılır. Amerikanın Səsinə Skype müsahibəsində İt Beyni Mərkəzinin rəhbəri İvan Maklin bildirib ki, Macarıstan alimlərinin araşdırmalarının nəticələri növbəti mərhələ üçün çox əhəmiyyətlidir.

İvan Maklin: “Biz it və insanların davranışlarında çox oxşarlıqlar olduğunu bilirik. Ancaq bu davranışların it beynində meydana gəlib-gəlmədiyini bilmirik və ya kifayət qədər bilmirik. Beləliklə bu araşdırma bizə davranış bənzərliklərinin eyni nevroloji proseslə meydana gəlib-gəlmədiyinə dair ilk təsəvvür verir.”

Macarıstan alimləri heyvan sahiblərinə itləri ilə heyvan kimi deyil, dost kimi davranmağı məsləhət görür. Çünki onlar insan hisslərini açıq-aydın başa düşür.