Müraciətdə 20 il ərzində Qarabağ müharibəsində itkin düşənlərin ailələrinə sığorta pulları verilmədiyi bildirilir. Müraciətə hələ rəsmi münasibət bildirilməyib
1991-1994-cü illərdə Azərbaycanın müstəqilliyi və ərazi bütovlüyü uğrunda aparılan döyüşlərdə itkin düşmüş yüzdən çox hərbçinin ailə üzvləri Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyova müraciət edib.
Sənəddə deyilir ki, məmur özbaşınalıqları nəticəsində Azərbaycanın müstəqilliyi və ərazi bütovlüyü uğrunda aparılan döyüşlərdə itkin düşmüş hərbçilərin qanunla nəzərdə tutulmuş sığorta pulunun, yəni “qan pulunun” ödənilməsində ciddi problemlər yaranıb.
İtkin düşmüş şəxslərin ailələrinin əlində hətta məhkəmə qərarları olmasına baxmayaraq hökumət orqanları hələ də sığorta pullarını ödəməyib.
Müraciətdə deyilir ki, itkin ailələri, prezident İlham Əliyevə, Milli Məclisin sədri Oqtay Əsədova, Ombudsman Elmira Süleymanovya və digər vəzifəli şəxslərə müraciətlər edib. “Eyni zamanda biz Konstitusiya Məhkəməsinin sədri F.Abdullayevin ünvanına da ərizə yazaraq qəbulunda olmaq istədik. Bizi orada qarşılayan Anar adlı bir işçi bildirdi ki, burada heç bir qəbul yoxdur, gedin qərarı gözləyin”.
“20 ildir bizim gözlərimiz yollardadır. Bu 20 il ərzində heç bir ciddi dövlət qayğısı ilə nəinki əhatə olunmamışıq, əksinə bir çox hallarda, o cümlədən qanunla nəzərdə tutulmuş sığorta pulunun alınmasında ciddi məmur özbaşınalığı, diqqətsizlik, laqeydlik, hörmətsizlik və sair bu kimi xoşagəlməz münasibətlərlə rastlaşmışıq. İtkin ailələrinə “Qan pulu”nun verilməsi zamanı qarşılaşdığımız ədalətsizlik və özbaşınalıqlar bir daha göstərir ki, biz doğrudan da sahibsiz qalmışıq, bizə heç bir dövlət orqanı, heç bir səlahiyyətli dövlət məmuru kömək əli uzatmaq istəmir. Artıq bu hökumətə olan inamımızı itirmişik.
Hörmətli Rüstəm müəllim, son ümid yerimiz sizsiniz və sizin rəhbərlik etdiyiniz Milli Şuradır. Xahiş edirik bizi qəbul edəsiniz və bizi dinləyəsiniz. Əminik ki, siz başa düşəcəksiniz və indi də olmasa, gələcəkdə bizim problemlərimizin həll olunmasında əlinizdən gələni əsirgəməyəcəksiniz”, itkin ailələrinin müraciətində deyilir.
Rəsmi hakimiyyət hələ müraciətə mövqe bildirməyib.