İtaliyada koronavirusdan ölənlərin sayı azalır

İtaliyada son 3 həftə ərzində koronavirusdan ölənlərin sayı azalıb. Eyni zamanda xəstəxana və reanimasiyalara qəbul edilənlərin göstəricilərində də azalma müşahidə edilib.

İtaliya Avropada COVID-19-un ən qaynar nöqtəsi idi. Bu ölkədə 156 min təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.

Lakin bəzi ekspertlər bu rəqəmin daha yüksək olduğunu düşünür. Belə ki, qocalar evində ölənlərin çoxu testlərdən keçməyib.

Associated Press-in hesablamalarına görə, Amerikanın qocalar evində aprel ayının başlanğıcından bəri 3300-dən çox adam həyatını itirib.