İtaliyada koronavirus səbəbilə ölənlərin sayı 79 olub

Mülki Müdafiə Agentliyinin çərşənbə axşamı bildirdiyinə görə, son 24 saat ərzində İtaliyada koronavirusdan daha 27 nəfər ölüb. Beləliklə, bu ölkədə virusdan yoluxma səbəbilə ölənlərin sayı 79-a çatıb.

Avropa ölkələri arasında ən çox yoluxma halları olan İtaliyada koronavirusa yoluxanların sayı bazar ertəsi 2 min 36 nəfər idisə, çərşənbə günü 2 min 502 nəfər olub.

Agentlik bundan əvvəl yoluxan 160 xəstənin ilkin mərhələdə müalicə olunduqları üçün tam sağaldıqlarını bildirib.

Yoluxma halları 12 gün əvvəl İtaliyanın şimalındaqeydə alınıb. Hazırdayoluxma halları ölkənin 20 bölgəsindən yalnız birində təsdiqlənməyib.

İtaliya hökuməti koronavirus infeksiyalarında kəskin sıçrayışın qarşısını almaq üçün tibbi-profilaktik tədbirlərin sayını artırıb.