İtaliya milli seçkilərində heç bir partiyanın parlament üstünlüyü qazanmadığı bildirilir

İtaliyada bazar günü seçkilərindən sonra keçirilən rəy sorğularının nəticələrinə əsasən heç bir partiya parlament çoxluğu əldə edə bilməyib. Bununla bərabər, populist partiyaların xeyli irəlilədiyi bildirilir.

Rəy sorğularına əsasən anti-isteblişment partiyası hesab edilən Movimeto 5 Stelle 29-31 faiz arası səs toplayaraq, parlamentdə düşmüş ən böyük partiya olacaq.

İlkin proqnozlara əsasən, digər mərkəz-sağçı Lega partiya səslərin 17 faizini qazanaraq, sabiq baş nazir Silvio Berluskoninin Forza Italia partiyasını üstələyib. Berluskonin partiyası seçkidən öncə anti-mühacir və avro-skeptik Lega partiyası ilə koalisiya formalaşdırmışdı.

81 yaşlı Berluskoni və Leqa partiyasının lideri, 44 yaşlı Matteo Salvini seçki təşviqat kampaniyasını anti-mühacir ritorikası üzərində qurmuşdular. Onlar İtaliyaya son iki il ərzində əsasən Afrikanın Sahara ərazisin gələn 600,000 mühacirin geri göndərilməsinə təkid edirlər.

İqtidarda olan mərkəz-solçu Demokratik Partiya 20 faizdən az səs toplayaraq, milli seçkilərdə iştirak tarixlərində ən aşağı nəticələrini göstəriblər.

Heç bir partiyanın parlament üstünlüyü qazanmadığından, ehtimal edilir ki, italiyalılar növbəti həftələr ərzində gərgin danışıqlar müşahidə edəcəklər.