İtaliyada parlament üzvlərinin sayının azaldılması ilə bağlı səsvermə keçirilir

İtalyanlar bazar və bazar ertəsi günləri parlament üzvlərinin sayının azaldılması ilə bağlı səsvermə keçirir.

Seçicilər Deputatlar Palatası üzvlərinin sayının 630-dan 400-ə, senatorların sayının 315-dən 200-ə endirilməsinə qərar verəcək.

Əvvəlcə martın 29-da keçirilməsi planlaşdırılan referendum İtaliyada COVID-19 pandemiyasının yayılması və qapanmalar səbəbi ilə təxirə salınmışdı.

Romalı Cianni Giampietro deyib ki, mən "hə" deyə səs verdim, fikrimcə, bu gün əksəriyyət "hə" deyə səs verəcək. Çünki bu cənabları yedizdirməkdən bezmişik. Evdə qalsalar yaxşıdır".

"Mən yox deyə səs verdim, çünki bu referendumun demokratiyaya qarşı güclü bir hücum olduğuna inanıram. Demək istəyirəm ki, daha çox təmsil olunmaq istəyirəm, az deyil, səs verməyimin səbəbi budur: yox. Bunun əvəzinə bu şəkildə daha çox güc partiyaların katibliklərinə və seçicilərə və insanların nümayəndələrinə daha az güc veriləcək " - deyə, Roma sakini Marko bildirib.

Bəzi seçicilər referendumun birmənalı şəkildə təşkil olunmadığına düşünür.

"Mən yox deyə səs verdim, çünki fikrimcə bu yaxşı qurulmuş bir islahat deyil. Parlamentarilərin sayının azalmasını görmək istəsəm də, bunu bu yolla etmək doğru deyil" , Roma sakini Barbara deyib.

Seçki məntəqələrində maska taxmaq və sosial məsafəni qorumaq məcburidir.

Nəticələrin bazar ertəsi günü açıqlanacağı gözlənilir.