İtaliyada bəzi müəssisələr mayın 4-dən fəaliyyətə başlayacaq

İtaliyanın baş nazir Cüzeppe Konte bazar günü deyib ki, mayın 4-dən etibarən fabriklər və tikinti sahələrinin açılmasına və Avropanın ən uzun koronavirus karantininin yüngülləşdirilməsi məqsədilə ailələrin bir-birlərinə baş çəkməsinə icazə veriləcək.

COVID-19 ilk Milan yaxınlığındakı kiçik bir şəhərdə baş qaldırandan və yayılaraq, bir neçə həftə İtaliynı karantinə məcbur etdikdən sonra ölkəni yeni bir dalğa - iqtisadiyyat böhranınin ikinci daığası gözləyir.

"Bizi çox mürəkkəb bir problemlə qartşılaşacağıq" - deyə, Konte bildirib. O, mart ayının əvvəlindən bəri durğun vəziyyətdə olan iqtisadiyyatın fəaliyyətinə yenidən başlanması üçün yol xəritəsini açıqlayıb. "Biz bu virusla yaşayacağıq və mümkün olan bütün tədbirləri görməliyik" deyib, Konte.

İstehsalçılar, tikinti şirkətləri və bəzi topdansatış müəssisələrinə mayın 4-dən, pərakəndə satış müsəssisələrinin isə yenidən işə başlamasına iki həftə sonra icazə veriləcək. Restoran və barların tam açılışına iyun ayının əvvəlindən icazə veriləcək.