Səhər saat 10, Moskvanın mərkəzi küçələrində insanlar işə tələsir. Elnur Uğurun da son 5 ildir gündəlik rutini bundan ibarət olub. O, 2017-ci ildə öz ailəsini Bakıda qoyaraq daha yaxşı həyat üçün Rusiyaya köçüb. Və Rusiyanın Ukraynaya hərbi hücumuna qədər, həyat planladığı kimi davam edib. Lakin baş verənlər və qərbin Rusiyaya qarşı qoyduğu sanskiyalar Elnurun simasında Rusiyada yashayan bir çox Azərbaycanlının həyatına öz təsirini göstərib.
Elnur düşünür ki, artıq qazanc üçün Rusiyada yaşamağa dəymir. O qeyd edir ki, əvvəlki kursla o, öz qazancı ilə həm özününn gündəlik xərclərini qarşılaya həm də ailəsinə hər ay müəyyən məbləğ göndərə bilirdi. İndiki halda bu mümkünsüz olub.