İstilaçı tısbağalar ətraf mühitə təhlükə yaradır [Video]

Your browser doesn’t support HTML5

Florida Everqleydində yaşayan Birma pitonlarından tutmuş, Mississippi Çayındakı Asiya karpı və Antarktikadan başqa hər qitədə yaşayan ABŞ-a aid tısbağalar kimi istilaçı növlər ətraf mühitə böyük zərər vurur.

Qırmızı qulaqlı tısbağalar dünya boyu akvariumlarda ən çox saxlanılan ev heyvanlarıdır. Alimlər təxmin edir ki, Polşa 30 il öncə Qərbə açılandan bəri ora bir milyondan çox baxımı asan olan tısbağalar idxal olunub.

Böyük iştasa sahib olan bu tısbağaların çox sayının bir yerdə olması bu cür həssas ekosistemdə bərabərsizlik yaradır və çox təhlükəlidir. İkinci problem isə, onların patogenlər daşımasıdır.
Bartolomey Qorzkovski

Onların üçdə biri Polşadakı çaylar və bataqlıqlara buraxılıb. Onlar 20 santimetrədək uzana və 20-40 il yaşaya bilir... bu isə problem yaradır.

“Bu növ daha böyük və güclü olduğu üçün, onlar palçıq tısbağalarını təbii mühitlərindən qovur”, deyə Bartolomey Qorzkovski bildirir.

Epicrates Fondu adlı ətraf mühit qrupunun sədri Bartolomey Qorzkovski deyir ki, istilaçı növlər daha da böyük təhlükələr yaradır.

“Əvvəla, bu, ekosistemdəki balansa hədədir. Böyük iştasa sahib olan bu tısbağaların çox sayının bir yerdə olması bu cür həssas ekosistemdə bərabərsizlik yaradır və çox təhlükəlidir. İkinci problem isə, onların patogenlər daşımasıdır. Adətən bunlar bizim ətraf mühitdə mövcud olmayan patogenlərdir. Bizim yerli növlərimiz isə onlardan qoruna bilmir”, o deyir.

Bu patogenlərə zoonoz bakteriyalar daxildir ki, onlar başqa heyvanlar və hətta insanlara yoluxa bilər.

Tısbağa

“Aparılan tədqiqata əsasən, tısbağaların istilaçı növləri xlamidiyanın yeni növlərini daşıyır. Bundan əlavə isə bir çox fərqli bakteriyaları da var. Onlara salmonella Acinetonbacter və Shewanella daxildir ki, bu bakteriya hər hansı bir mühitdə, palçıq tısbağası kimi digər heyvanlara, balıqlara və hətta quşlar və insanlara yoluxa bilər”, deyə Milli Baytarlıq İnstitutundan Dariusz Vasil bildirir.

Polşada qırmızı qulaqlı tısbağalara nəzarət edən təşkilatlar bu il ərzində hər ay 25 qırmızı-qulaq tısbağa tutub.