İstifadədə olmuş dənlilərdən necə un əldə etmək olar? [Video]

Your browser doesn’t support HTML5

Pivə ərzaq tullantıları ilə mübarizədə ciddi günahkar kimi görünmür. Lakin pivə bişirilməsi prosesində minlərlə kiloqram arpadan istifadə edilir, arpa üyüdüldükdən sonra şəkər ifraz etməsi üçün isti suda saxlanılır. Qızılı maye alkoqola çevrildikdən sonra arpanın qalıqları zibilə atılır.

"Təkcə Nyu-York şəhərində hər il 6 min ton arpa tullantısı qeydə alınır. Şəhərdə tullantıları sıfıra endirə bilsək, böyül iş görmüş olarıq" -deyə, RİSE CEO şirkətinin həməsisçisi Berta Cimenes bildirib.

Berta Cimenez və onun komandası arpa qalıqlarını emal edərək, ondan un hazırlayır. Daha sonra məhsul əllə qablaşdırılır. “Super un" adlandırılan bu məhsul ya tünd, ya da açıq rəngdə ola bilər.

"Biz bunu tərkibinə görə super un adlandırırıq. Digər növ unlarla müqayisə edildikdə, bunun tərkibində züllalar 2 dəfə, liflər isə 12 dəfə çoxdur. Karbohidratlar isə adi unlardakının 3/1 hissəsini təşkil edir."

Peter Endriss super unu şəkərli peçenyalar üçün alır. Onun dediyinə görə bu yolla o, ləzzətli məhsul istehsal etməklə yanaşı, məhsulların israfının qaşısını almağa çalışır.

" Gözəl, xırda toxuması var. Və digər unlardan daha tamlıdır. Pivə hazırlama prosesindən həqiqətən dadı hiss edirsiniz."

Təamlar öz töhvələrini də verir. Hazırda super unun dəyəri adi unla müqayisədə 5 dəfə artıqdır. Lakin sahibkarlar gələcəkdə qiymətlərin tədricən düşəcəyinə ümid bəsləyir. Bu isə pivə almaq üçün pula qənaət edilməsinə yardım edə bilər.