Azərbaycan ərazisində isti və quru hava şəraiti avqustun 15-nə qədər davam edəcək. Bu barədə Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.
Sinoptiklərin yaxın günlər üçün proqnozuna görə, Bakı və Abşeronda istilər +41 dərəcəyə çatacaq.
Ölkənin rayonlarında temperatur +35 +40 dərəcə, Naxçıvanda və Mərkəzi Aran rayonlarında +43 dərəcəyə qədər olacaq.
Dağlıq rayonlarda 4-5 dərəcə daha sərin olacaq.
İsti hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq. Gündüz vaxtı açıq havada olmaq tövsiyə olunmur.