Türkiyə hələ də terror təhlükəsi altındadır [Video]

Your browser doesn’t support HTML5

Hücum nəticəsində azı 10 nəfər həlak olub

İstanbulun turistlərin ən çox ziyarət etdiyi ərazisində baş verən intiharçı hücum nəticəsində azı 10 nəfər həlak olub.

Mən İstanbulun Sültanəhməd rayonunda baş verən və suriyalı tərəfindən həyata keçirildiyi kimi qiymətləndirilən terror hücumunu şiddətlə qınayıram.
Rəcəb Tayyib Ərdoğan

Artıq üç ayda ikinci dəfədir ki, Türkiyədə belə bir hücum baş verir.

“Biz çox böyük partlayış səsi eşitdik. Mən dərhal şoka düşdüm. Nə baş verdiyini anlamırdım. Üzərimizə qan və bədən parçaları uçdu və mən gözümün önündə 6-7 cəsədin uzandığını gördüm. Bunların hamısı məndən 45 metr uzaqlıqda baş verirdi.”

Oktyabrda Ankarada baş verən hücumlar nəticəsində 100-dən çox insan həlak olmuşdu.

Bu son partlayış daha az insanın ölümü ilə nəticələnsə də, amma çox güclü idi. Bu da Türkiyənin hələ də terror təhlükəsi qarşısında olduğunu göstərir.

Sultanəhməd meydanı

“Mən İstanbulun Sültanəhməd rayonunda baş verən və suriyalı tərəfindən həyata keçirildiyi kimi qiymətləndirilən terror hücumunu şiddətlə qınayıram.”

Türkiyə rəsmiləri üçün aydındır ki, hücumçular Türkiyənin xaricdəki imicinə xələl gətirmək istəyib və Türkiyəni Qərblə olan əlqələrinə görə hədəf alıb. Sultahəhməd meydanı xarici turistlər arasında çox populyardır və onlar orada ən çox Aya-Sofya muzeyi və Göy Məscidi ziyarət edirlər. Qurbanların çoxu isə almanlardır.

Bu səbəblə də, Almaniya hücuma münasibət bildirib.

Bu gün beynəlxalq terrorizm öz çirkin üzünü bir daha göstərdi. Keçirdiyimiz kədər hissi ilə yanaşı biz terrorizmə qarşı qətiyyətli şəkildə mübarizə aparmalıyıq.
Angela Merkel

“Biz artıq qəbul etməliyik ki, İstanbul hücuma məruz qalıb, Paris, Tunis və Ankara da artıq hücumlara məruz qalıb. Bu gün beynəlxalq terrorizm öz çirkin üzünü bir daha göstərdi. Keçirdiyimiz kədər hissi ilə yanaşı biz terrorizmə qarşı qətiyyətli şəkildə mübarizə aparmalıyıq.”

Aylardır Türkiyə höküməti İslam Dövləti yaraqlı qrupuna qarşı hərbi əməliyyatları gücləndirib. Son günlər ərzində Türkiyə qüvvələri həmçinin ölkənin cənub-şərqində silahlı kürd sepratçılarına qarşı döyüşür.

İstanbulda baş verən partlayış isə onu göstərir ki, hökümətin apardığı mübarizə artmaqda davam edir.