Qüdsün əsas məbədində metal detektorlar yığışdırılıb

İsrail Qüdsün əsas məbədində metal detektorları yığışdırıb. Bu, qəzəbli fələstinlilərlə İsrail arasında son illərin ən ağır qarşıdurmasına səbəb olub.

İsrailin Təhlükəsizlik Kabineti metal detektorların yüksək keyfiyyətli kameralarla əvəz edilməsi barədə qərar qəbul edib.

Detektorların götürülməsinə baxmayaraq qarşıdurmalar səngiməyib.

Dünən BMT-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Nikolay Mladenov yaranmış böhranın təcili həllinə çağırıb.

Minlərlə müsəlman Haram Əl-Şərif, yəhudilərin isə Dağ Məbədi adlandırdıqları məbədə metal detektorlardan keçməmək üçün kənarda namaz qılıb.

İbadətdən sonra fələstinlilər onlara qarşı təhlükəsizlik tədbirlərinin artırılmasına qarşı etiraz nümayişləri keçirib.

Təhlükəsizlik tədbirləri üç israilli ərəbin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsindən əvvəl İsrail polisinə atəş açaraq, iki zabiti qətlə yetirməsindən sonra artırılıb.