Həmas rəsmiləri İsraillə Fələstin müzakirəçilərinin Misir danışıqları zamanı atəşkəs razılığı əldə etdiklərini bildirir.
Razılıq müddətsiz atəşkəslə yanaşı, Qəzzanın blokadasının yüngülləşdirilməsini nəzərdə tutur.
Bundan əvvəl Fələstin rəsmiləri deyib ki, İsrail iki çoxmərtəbəli binanın partladılması da daxil olmaqla, iki nəfərin ölümü ilə nəticələnən hava hücumları həyata keçirib.
Hava hücumlarından biri Qəzza şəhərində ofis və mənzillərdən ibarət olan 15 mərtəbəli binanı dağıdaraq, azı 20 nəfərin yaralanmasına səbəb olub.
Bundan əvvəl İsrail rəsmiləri sakinlərin ərazini tərk etmələri barədə xəbərdarlıq etmişdi. İsrail hərbiçiləri hərbi əməliyyatlar zamanı hücumlardan əvvəl bu taktikadan davamlı olaraq istifadə edir.
İsrail hərbiçilərinin sözçüsü İsrailə daha da çox raket atıldığı barədə məlumat verib. Bu raketlərdən biri İsrailin Dəmir Dome müdafiə sistemi tərəfindən Tel- Aviv şəhəri üzərində zərərsizləşdirilib.
Bu arada Misir İsraillə Həması yenidən atşəkəsi bərpa etməyə və iyulun 8-dən başlamış döyüşlərə son qoymaq istiqamətində danışıqlara çağırıb.