İsrail üçün dönüş nöqtəsi - 6 günlük müharibə

Your browser doesn’t support HTML5

İsrail üçün dönüş nöqtəsi - 6 günlük müharibə

İyun ayının 5-i İsrailin Misir, İordaniya və Suriya ordularını məğlub etdiyi 6 günlük müharibənin 50-ci il dönümüdür

1967-ci ildə İsrailin Ərəb qonşuları üzərində işıq sürətilə qələbə qazanması bütün dünyanı təəccübləndirmişdi. Hətta, İsraillərin özlərinə də buna inanmırdı. Bir çox analitiklər düşünür ki, 6 günlük müharibə Orta Şərqdə Ərəb-İsrail münaqişəsini kökündən dəyişdirib, İsraillə ABŞ arasında əlaqələri daha da gücləndirdi.

Tamara Koffman – Brookings İnstitutu

“İsrail Ərəb ordularını geri çəkilməyə məcbur etməsi sayəsində geniş əraziləri ələ keçirdi. Bu da İsrailə ərəb ölkələri ilə danışıqlarda əvvəllər sahib olmadığı bir üstünlük qazandırdı. 1967-ci ildə İsrailin Sinayini fəth etməsi Misir-İsrail Sülh Sazişinin imzalamasında başlıca rol oynayıb.”

İsrail Qüdsün nəzarətini ələ keçirərək, Ərəb ölkələri ilə arasında olan bufer zonanı daha da genişlətməyə nail oldu.

Sara Yerkes – Karnegi Fondu

“Bütün düşmənlərin hər tərəfdən hücuma keçdiyi 1967-ci ildə, ərazini böyütmək İsrail üçün həm hərbi, həm də strateji baxımdan çox əhəmiyyətli idi.”

Lakin, bu genişlənmə İsrailin fələstinlilər yaşayan ərazini də nəzarət etməsi anlamına gəlirdi. 50 il sonra belə münaqişənin həll olunmamasına səbəb məhz işğal olunmuş torpaqlar və israillilərlə fələstinlilərin öz müstəqilliklərini iddia etməsidir. Artıq iki nəsildir ki, israillilərlə fələstinlilər fiziki və psixoloji ayrılıq içərisində yaşayırlar.

Tamara Koffman – Brookings İnstitutu

“Gənc israillilərlə fələstinlilər öz valideynlərinə nisbətən münaqişənin həll olunacağına daha az inanclıdırlar. Onlar hər iki tərəfin xeyirli çıxacağı bir anlaşmanın olmasını istəyirlər. Amma gün keçdikcə onların bu sazişə şahid olacaqlarına inamları azalır.”

İsrailə səfəri zamanı Prezident Donald Tramp bildirib ki, hər iki tərəfin sülh tərəfdarı olduğuna əmindir və özü şəxsən İsraillə Fələstin arasında sülh razılaşmasının əldə olunması üçün çalışacaq.