İsrail ordusu bildirir ki, İsrailə doğru zenit raketi atılandan sonra çərşənbə günü Suriyada raket batareyalarına hücum edib. Suriya dövlət televiziyası bunun Dəməşq ətrafına hücum nəticəsində baş verdiyini bildirib.
Ordu sözçüsü Suriyanın İsrailin Dəməşq yaxınlığına hücumu nətiəsində bir əsgərin öldüyü, beşinin yaralandığına dair xəbəri şərh etməyi rədd edib.
Lakin ordu Suriyaya zenit raketin atılmasına cavab olaraq əks-hücum etdiyini bildirib. Ordu raketlərin İsrailin və işğa olunan İordan çayının qərb sahilinin bəzi hissələrinə sirena səslərinin eşidilməsinə səbəb olub və havada partlayıb.
“Bu gecə zenit raketinin atılmasından sonra İsrail Müdafiə Qüvvələri İsrail hava qüvvələrinin təyyarələrinə atılan yer-hava tipli raket batareyalarına radara hücum edim,” ordu Twitter-də bildirib.
Suriya dövlət televiziyası daha öncə Suriya hava müdafiə qüvvəsinin Dəməşq üzərində İsrail raketlərini vurduğunu xəbər vermişdi.
İsrail işğal etdiyi Qolan təpəliklərindən yerdən yer-yer tipli raketlər atıb və Suriya havadan müdafiə sistemi onların bəzilərini vurub. Bu barədə Suriya dövlət televiziyası məlumat verib.
Dövlət televiziyası həmçinin əlavə edib ki, “İsrailin təcavüzü” çərşənbə günü Livanın paytaxtı Beyrutun cənub-şərqindən raketlərlə hücum hətaya keçirib.
Dövlət televiziyası hərbi mənbəyə istinadən bildirib ki, nəticədə bir suriyalı əgər ölüb, beşi yaralanıb.
İsrail Suriyada İranın olduğu söylədiyi hücumlara qarşı tez-tez hücumlar həyata keçirir. Tehranın dəstəklədiyi və livanlı Hizbullahın başçılıq etiyi qüvvələr Suriyada on ildir davam edən vətəndaş müharibəsində Bəşər əl-Əsədi dəstəkləyib.