İsrail Qəzza Zolağına hava zərbələri endirib

İsrail dünən Qəzza Zolağına qarşı həyata keçirdiyi hava hücumlarının fələstinlilərin sərhəd bölgələrdən İsraili raket atəşinə tutmasına cavab olduğunu bildirib. İsrailin ordu sözçüsünün bildirdiyinə görə, İsrail hava qüvvələri yaraqlıların İsrail ərazisinə raket atmağa hazırlaşan mövqelərini vurub. Nəticədə bir Həmas yaraqlısının öldürüldüyü, ikisinin isə yaralandığı bildirilir.

Keçən həftənin cümə və şənbə günləri də İsrail ərazisi fələstinli yaraqlılar tərəfindən raket atəşinə məruz qalıb. Raketlərdən biri Sderot şəhərindəki fabriki zədələyib.

İsrail hərbi qüvvələri iyun ayının əvvəlindən bəri Qəzza Zolağından İsrail ərazilərinə 60-dan çox raket atıldığını bildirib.