İsraildə parlament seçkiləri

Bu gün İsraildə keçirilən parlament seçkilərinin Benyamin Netanyahu 3-cü dönəm baş nazir vəzifəsində saxlayacağı gözlənilir.

Cənab Netanyahu həyat yoldaşı və iki oğlu ilə birlikdə bu gün səhər saatlarında səs veriblər. Rəy sorğuları baş nazirin Likud və millətçi Yisrael Beitenu partiyalarının alyansının öndə olduğunu göstərir.

Mərkəzçi ana müxalifət Əmək Partiyası və radikal sağçı Yəhudi Vətən Partiyası rəqiblərindən xeyli geri qalır.

120 yerlik parlamentə nəzarəti əlindən saxlamaq üçün cənab Netanyahuya koalisiyaya ehtiyacı var. İsrail parlamentində tarix ərzində heç bir partiya təklikdə əksəriyyət əldə edə bilməyib.