İsrail tərəfindən İslam Dövləti qrupunun filialı dağıdılıb

İsrailin bildirdiyinə görə, İordan çayının qərb sahilində İslam Dövləti qrupunun filialı dağıdılıb, 7 ərəbə terrorçuluq ittihamı irəli sürülüb.

Kəşfiyyat xidməti Şin Bet şübhəlilərin noyabr və dekabr aylarında həbs edildiyini bildirsə də, məlumatın ittihamlar irəli sürülənədək məxfi saxlandığını bildirib.

Müttəhimlərin İsrail əraziləri və druzlara qarşı terror hücumları və Sələfi Cihad qrupunu təsis etməyi planlaşdırdığı bildirilib.

Qrupun üzlərinin 22 ilə 44 yaşları arasında insanlardan ibarət olduğu və onun Adnana Ələddin adlı vəkil tərəfindən idarə edildiyi deyilib.

Şin Bet qrup üzvlərinə heyvanlar üzərində qətl təlimləri keçirildiyi və onların Suriyada kafirlərə qarşı soyuqqanlıqla mübarizə aparmaq üçün hazırlandığını bildirib.