İsrailin İordaniyadakı səfirliyində iki iordaniyalı öldürülüb

İsrailin Xarici İşlər Nazirliyi bazar ertəsi məlumat yayıb ki, İsrailin İordaniyadakı səfirliyinin təhlükəsizlik xidməti onlara hücüm çəkən iki iordaniyalı ilə atışmadan sonra onları öldürüblər.

Nazirliyin yaydığı bəyanatda deyilir ki, bazar günü ölkənin Əmmanda yerləşən səfirliyində mebellərin dəyişirdirilməsi səbəbi ilə binanın iordaniyalı sahibi və iki iordaniyaları işçi səfirlikdə idilər.

Bəyanatda bildirilir ki, işçilərdən biri öldürülməkdən öncə səfirliyin təhlükəsizlik xidməti üzvünə arxadan hücum çəkib. Bina sahibi atışma zamanı aldığı yaralardan bir qədər sonra ölüb. İsrail səfirliyinin təhlükəsizlik xidmətinin üzvü yüngül xəsarət alıb.

İordaniyanın İctimai Təhlükəsizlik İdarəsi insidentin araşdırıldığını bildirib.

İsrail höküməti keçən həftə Qüdsdə müsəlmanların müqəddəs məkanlarına daxil olmaq üçün metal detektorlar yerləşdirəndən sonra İsrail və İordaniya arasında gərginlik artıb.

Bu tədbirlərə etiraz olaraq, cümə günü Əmmanda nümayişlər keçirilib.