Müsəlmanların Trampın qərarına etiraz etdiyi biz zaman İsrail Qəzada hava hücumları həyata keçirib

İsrail iki nəfərin ölümü ilə nəticələnən raket atəşinə cavab olaraq Qəza Zolağında hava hücumları həyata keçirib. Bu hadisələr ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Qüdsü İsrail paytaxtı kimi tanıması və İsraildə yerəşən ABŞ səfirliyini ora köçürmək planlarını elan edəndən sonra yaranmış böhran zamanı baş verir.

Hamas bildirir ki, onların iki döyüşçüsü hava hücumları hücumlar zamanı həlak olub. İsrail ordusunun bəyanatında isə deyilir ki, hücumların hədəfləri “iki silah istehsalı sahəsi, bir silah anbarı və hərbi heyət” olub.

Cümə günü müsəlman dünyasının müxtəlif nöqtələrində böyük sayda etirazçı kütləsi Birləşmiş Ştatların Qüdsün İsrailin paytaxt kimi tanınmasına etiraz olaraq anti-ABŞ yürüşləri keçiriblər. Qəzada keçirilən “Qəzəb Günü” nümayişləri zamanı İsrail əsgərləri ilə toqquşmada bir fələstinli həlak olub.

İsrail ordusu 30 yaşlı Mahmud Əl-Məsrinin toqquşma zamanı İsrail əsgərləri tərəfindən öldürüldüyünü təsdiqləyib. Hərbçilər “iğtişaşların əsas səbəbkarları” olmaqda ittiham etdiyi iki adamı güllələdiyini bildiriblər.

Həmçinin, İsrailin döyüş təyyarələri cümə günü raket hücümuna cavab olaraq, Hamasın hərbi hədəflərinə hücum həyata keçiririb. Fələstinin səhiyyə nazirliyi hava hücumu zamanı ən azı 15 nəfərin xəsarət aldığını təsdiq edib.

Cümə günü keçirilən etirazlar İraq, İordaniya, Suriya, Pakistan, Livan, Malayziya və İndoneziyada - müsəlmanların ən çox yaşadığı ölkələrdə keçirilib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası üzvləri Tramp administrasiyasının qərarını tənqid edərək, bildiriblər ki, bu qərar bütövlükdə sülh prosesini təhlükə altına atır. Onlar həm də, qərarın ekstrimist və radikal qruplaşmalara yaranmış gərginlikdən sui-istifadə imkanı verdiyindən narahat olduqlarını əlavə ediblər.