İsrail rəsmiləri bu ayın əvvəllərində İordan çayının qərb sahilində itən 3 yeniyetməyə görə iki fələstinlidən şübhələnir.
İsrail təhlükəsizlik agentliyi bildirir ki, onlar Həmas qrupunun üzvləridir və İsrail həbsxanalarında terrorizmə görə həbsdə olublar.
Hər iki şübhəli hələlik həbs olunmayıb.
Yeniyetmələr iki həftə əvvəl Hebron şəhəri yaxınlığında məktəbdən evə qayıtdıqları zaman yoxa çıxıb.
İsrail qüvvələri 100-ə yaxın Həmas üzvünü bu hadisə ilə bağlı həbs edib. Həmas hadisədə əli olmadığını bildirib. Fələstinin səlahiyyətli nümayəndələri də uşaqların tapılması üçün səfərbər olub.
İsrail baş naziri Benyamin Netanyahu Fələstin prezidenti Mahmud Abbasdan Həmas ilə birləşərək hökumət qurmaq planından imtina etməyi tələb edib.