ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki israillilər və fələstinlilərin sülh danışıqlarını gələn həftə Qüdsdə bərpa edəcəklərini bildirib.
O, ABŞ-ın danışıqlarında iki xüsusi nümayəndəsinin gələn həftə şərşənbə günü İordan çayının Qərb sahilində İerihonda görüşdən sonra keçirələcək müzakirələrdə iştirak edəcəyini deyib.
Dövlət Departamentinin sözçüs bildirib ki, Dövlət katibi Con Kerri müzakirələrin bu raundundan sonra hansısa bir elanın ediləcəyini gözləmir.
İsrail və fələstinlilər arasında uzun müddətdir dayandırılmış danışıqlar keçən ay ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda yenidən başlamışdır.
ABŞ Dövlət katibi Con Kerri müzairələrdən sonra deyib ki, tərəflər bir neçə həftədən sonra yenidən görüşmək haqda razılıq əldə edib. Con Kerri habelə bildirib ki, o, doqquz ay ərzində sülh razılaşmasının əldə edilməsinə nail olmağa çalışır.