Fələstinli gənci öldürdüyünə görə İsrail vətəndaşı ömürlük həbs cəzası alıb

İsrail məhkəməsi 2014-cü ildə fələstinli gənci qaçırdıqdan sonra yandıraraq öldürən israilli banda başçısını ömürlük həbsə məhkum edib.

Müttəhim Yosef Haim Ben Deyvid Qüdsdə məhkəmə qarşısına çıxıb. O törətdiyi cinayətə görə əlavə 20 il həbs və 16 yaşlı gəncin ailəsinə 39 min dollar ödəməyə məhkum edilib.

Digər iki şəxs Məhəmməd Əbu Heydərin ölümündə günahkar bilinərək daha əvvəl həbs olunmuşdu. Onlardan biri ömürlük, digəri isə 21 il həbsə məhkum edilmişdi.

Məhkəmə Ben Deyvidin əqli baxımdan şikəst olduğuna dair müdafiəsini rədd edib və onun bu hadisəni törədərkən tamamilə özündə olduğunu bildirib.

2014-cü il İyul ayında baş verən hadisə Qəzzada 50-gün davam edən müharibəyə səbəb olmuşdu. Müharibədə 2200 fələstinli, 66 İsrail əsgəri və yeddi mülki vətəndaş həlak olmuşdu.