Barak Obama: ABŞ-İsrail əlaqələri yenidən nəzərdən keçiriləcək

ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahuya bildirib ki, o, ABŞ-İsrail əlaqələrinin aspektlərini yenidən nəzərdən keçirəcək. Prezident bunu İsrail liderinin iki yanaşı dövlət variantını rədd etdikdən sonra deyib.

Obama Netanyahu ilə telefon söhbətidə onu seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik edib.

Baş nazir Netanyahu seçki sonrası çıxışında jurnalistlərə deyib ki, o heç vaxt Fələstin dövlətinin qurulmasını dəstəkləməyəcək.

Daha sonra baş nazır ABŞ media agentliklərinə bildirib ki, dövlət yaradılması uzunmüddətli münaqişəsinin həlli ola bilməz.