İsraillə Həmas arasında qısa müddət davam edən raket və hava hücumları nəzərə alınmasa, atəşkəs qüvvədə qalmaqda davam edir.
Misirin vasitəçilik etdiyi danışıqlarda razılığın əldə edilməsinə şans verilməsi məqsədi ilə dünən tərəflər atəşkəsin müddətini əlavə beş gün uzatmağa razılaşıb.
Əlavə zaman haqda məlumat elan edildikdən sonra İsrail Qəzza zolağından bir neçə raketin atıldığını və hava hücumları ilə susdurulduğunu bildirib. Zorakılıq səhərədək dayandırılmışdır. İnsan təlafatı haqda məlumat verilmir.
İyulun əvvəlindən Qəzza zolağında əksəriyyəti mülkü vətəndaşlar olmaqla, 1950 nəfər həlak olub. İsrail tərəfdən isə əksəriyyəti əsgər olmaqla, 67 nəfər həlak olub.