İsrail - İlin Yekunları [Təhlil]

2013-cü il Yaxın Şərqin bir neçə ölkəsində xalq hərəkatlarının vüsət alması ilə yadda qalacaq. Baş verənlər İsraildə müəyyən mənada həm əminlik, həm də qeyri-müəyyənlik hissləri yaratdı.

İranın mübahisəli nüvə proqramı ilə bağlı səylərin nəticələri İsrail liderlərini daha da narahat etdi. İranın inkar etdiyi nüvə proqramından nə dərəcədə əl çəkəcəyinə inanan çox azdır. Tel-Əvivdəki Milli Təhlükəsizlik İnstitutundan təhlilçi İfraim Kam: “İranlılar o qədər pul və güc sərf ediblər ki, bunu dayandırsınlar? Hətta iqtisadi bəlaya düşsələr belə. Onlar daha çox əldə etmək üçün, balaca bir şey verməyə razı oldular. Bununla onlar vaxt əldə edəcək və nüvə proqramlarına davam edəcəklər.”

Bununla yanaşı İsrail lideləri Suriyadakı müharibəni də izləyirlər. Beynəlxalq Terrorla Mübarizə İnstitutundan təhlilçi Eli Karmon israillilərin bu ölkədə davam edən döyüşlərin Suriya hökumətinin müttəfiqləri olan İran və Hizbullanın diqqətlərini və resurslarını digər istiqamətə yönəltməsindən məmnun olduqlarını deyir.

“Onlarla müxtəlif təşkilatın, onlarla cihadçının, eləcə də yerli üsyançı komandirlərin əlində olan böyük bir ərazini necə nəzarətdə saxlamaq olar?” - deyə, cənab Karmon bildirir.

Suriyadakı münaqişə sünnilərlə şiələr arasında gərginliyi daha da artırdı. İfraim Kam deyir ki, militantların sayının artmasına baxmayaraq, bu da İsrailin xeyrinədir.

“Bizim narahatlığımız ondadır ki, müəyyən bir vaxt, deyək ki döyüşlər səngiyən vaxt bizə qarşı olanları tapmaqdır. Bax bu problemdir. İndi yox, bu saat yox, nə vaxtsa.”

Misirdəki hərbi çevriliş İsrail rəsmilərinə yüngüllük gətirdi. Qahirənin yeni hökuməti İsrailin yaxınlığında yerləşən Sinaydakı terrorçuların fəaliyyətinə son qoydu və Qəzzanı nəzarətində saxlayan Həmas qrupunu da zəiflətməyə çalışır.

​Müşahidəçilərin çoxunun bədbinliyinə baxmayaraq, 3 ildir fələstinlilərlə dondurulmuş sülh danışıqlarının bərpası azacıq da olsa ümid gətirdi. Fələstinlilər də bu məsələyə bədbinliklə yanaşırlar. Onlar İsrailin İordan Çayının Qərb Sahilində tikinti işlərini dayandıracağına inanmırlar.


İsaril liderləri isə təhlükəsizliyə təminat olarsa, güzəştə gedə bilinəcəyini deyirlər.
Lakin keçən il baş verən insidentlərin sayını nəzərə alsaq, bu, ağlabatan görünmür.