İsrail Hələbin hava limanına havadan zərbə endirib

Çərşənbə günü İsrail Suriyanın Hələbdəki hava limanına havadan zərbə endirib. Müdafiə Nazirliyi hava limanına zərər dəydiyini bildirsə də, hər hansı itki barədə məlumat verməyib. Bu, son ayda obyektə edilən ikinci hücumdur.

Bu, fevralın 6-da Türkiyənin cənub-şərqində və qonşu Suriyada baş verən zəlzələdən sonra Suriyanın yardım uçuşları üçün əsas ikinci şəhərindəki hava limanı olub.

Müdafiə Nazirliyinin bəyanatında "Təxminən yerli vaxtla saat 03:55 radələrində İsrail Hələb beynəlxalq hava limanını hədəfə alaraq, havadan hücum həyata keçirib və bu, müəyyən maddi ziyana səbəb olub" deyilib.

"Bir sıra raket Aralıq dənizinin qərbindəki Latakiya şəhərinin yaxınlığındakı sahildən atılıb" - deyə, bildirilib.

Nəqliyyat Nazirliyinin rəsmisi Süleyman Xəlil France Press xəbər agentliyinə texniki işçilərin dəymiş ziyanı qiymətləndirdiklərini deyib.

Suriya İnsan Haqları Müşahidə Qrupu zərbənin "aeroport kompleksi və hava limanının perimetrindəki iranpərəst qüvvələrə məxsus silah anbarını" hədəf aldığını bildirib. Britaniyada yerləşən müharibə monitorinqinin dediyinə görə, anbar "tamamilə məhv edilib" .

Martın 7-də İsrailin Hələb hava limanına endirdiyi zərbə nəticəsində 3 nəfər ölüb, yardım uçuşları da daxil olmaqla, bütün uçuşlar dayandırılıb. Hava limanı bir neçə gündən sonra yenidən açılıb.