Qüdsün müqəddəs məbədində ibadətə icazə verilib

İsrailin bu ayın əvvəlində Köhnə Şəhərdəki məbəddə təhlükəsizlik məqsədilə quraşdırdığı detektorları tamamilə ləğv etməsindən sonra Qüdsdəki müsəlman liderlər dindarlara müqəddəs məbəddə ibadətə icazə verib.

Məbədin girəcəyinə yerləşdirilmiş metal qapıları, kameraları və digər təhlükəsizlik cihazlarını çıxardıqdan sonra fələstinlilər bu gün küçələrdə şənliklərini davam edib.

Etirazçıları dəstəkləyən fələstinlilərin prezidenti Mahmud Abbas dindarlara məscidə qayıda biləcəklərini deyib. "Allahın hökmü ilə biz günorta namazının Əl-Əqsa məscidində qılınacağına ümid edirik və biz bu məsələni detalları ilə həll edəcəyik" deyə, cənab Abbas bildirib.

Metal detektorlar da daxil edilməklə, Əl-Əqsa məscidində təhlükəsilik tədbirləri iyul ayının 14-də silahlı ərəblərin İsrailin iki polis əməkdaşını qətlə yetirmələrinə cavab olaraq həyata keçirilmişdi.