İsrail Qəzzaya ticarət mallarının çatdırılmasına icazə verib

Qəzzaya indiyə qədər beynəlxalq təşkilatlar vasitəsilə kiçik yüklər daxil olurdu, lakin bu ilk dəfədir ki, özəl ticarətçilər üçün yükün çatdırılmasına icazə verilir

Israil iki ildə ilk dəfə olaraq Qəzza zolağına ayaqqabı və geyim yüklərinin çatdırılmasına icazə verib.

Qəzzaya indiyə qədər beynəlxalq təşkilatlar vasitəsilə kiçik yüklər daxil olurdu, lakin bu ilk dəfədir ki, özəl ticarətçilər üçün yükün çatdırılmasına icazə verilir.

İsrail və Misir 2007-ci ildə Həmasın nəzarət etdiyi ərazini blokadada saxlayır. Qaçaqmalçılar buraya ticarət mallarını Misir və Qəzza arasında sərhəddə tunel vasitəsilə çatdırırdı.

Amnesti İneternational blokadaya son qoymağa çağıraraq, bunun Qəzzanın 1.4 milyon sakininə təsirini önə çəkmişdir.