İsrail Xarici İşlər Nazirliyi HƏMAS-ın girov götürdyü Şani Lukun öldüyünü təsdiqləyib

İsrail Xarici İşlər Nazirliyi HƏMAS militantları tərəfindən əsir götürülən 23 yaşlı İsrail və Almaniya vətəndaşı Şani Lukun ölümü ilə bağlı məlumatı təsdiqləyib. Daha əvvəl anası Rikarda Luk da İsrail hərbçilərinə istinadən qızının öldüyünü bildirmişdi.

"Həmas terrorçuları tərəfindən musiqi festivalından qaçırılan, işgəncələrə məruz qalan və Qəzza zolağında xalqın qarşısına çıxarılan Şani ağlasığmaz dəhşətlər yaşadı. Biz düşüncələrimiz və dualarımızla Şaninin ağlasığmaz kabusa dözən dostları və ailəsi ilə birlikdədir" - deyə, Xarici İşlər Nazirliyi bəyanatında bildirilib.

Şani Lukun ölüm xəbərini ilk olaraq anası bəyan edib. Onun sözlərinə görə, qızının ölüm xəbərini ona İsrail hərbçiləri təfərrüat bildirmədən çatdırıb.

Almaniyanın Welt telekanalına müsahibə verən İsrail prezidenti İtzah Hersoq HƏMAS militantlarının Şani Lukun başını kəsdiyini bildirib. "Onun başı tapılıb. Bu o deməkdir ki, bu vəhşi, qəddar heyvanlar israillilərə hücum edəndə, onlara işgəncə verəndə və öldürəndə sadəcə başını kəsirlər" - deyə o, cəsədinin bu yaxınlarda tanındığını bildirib.

Onun sözlərinə görə, ağır işgəncələrə məruz qalan, yandırılan və parçalanan daha 40 cəsəd var ki, onların şəxsiyyəti müəyyən edilməyib.

Şani Luk HƏMAS moilitantları tərəfindən oktyabrın 7-də ələ keçirilib. İnternetdə onun oğurlanmasının videosu yayımlanıb. Videoda HƏMAS militantlarının ətrafında olduğu Şani Lukun yük maşınında alt paltarına qədər soyundurulmuş bədənini görmək olub. Məlum olub ki, Şani ağır kəllə-beyin travması alıb, vəziyyəti ağırdır və onu xəstəxanaya çatdırmaq lazımdır. Daha sonra qızın Qəzza zolağında xəstəxanada olduğu barədə məlumat yayılıb.

Hazırda HƏMAS militantları girovlardan yalnız dördünü azad edib. Onlardan ikisi ABŞ vətəndaşı, ikisi isə İsrail vətəndaşıdır.

İsrail Müdafiə Qüvvələrinin oktyabrın 27-nə olan məlumatına görə, HƏMAS militantları 20-si uşaq, 20-yə qədəri 60 yaşdan yuxarı olmaqla, 230-a yaxın insanı girov saxlayır. Onların arasında Rusiya, ABŞ və Tailand vətəndaşları da olmaqla, çox sayda xarici var.