İspaniyada koronavirusdan ölüm halları son bir gündə yenidən yüksəlib

İspaniyada koronavirusdan ölüm halları son bir gündə ən yüksək səviyyəyə çatıb. Ümummilli anticism anketlərinin əhalinin təxminən 5 faizinin virusa yoluxduğunu göstərməsindən sonra hökumət bunun mümkün ikinci dalğa olduğunu bildirib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bir gün əvvəl 184 olduğu halda, cümə axşamı xəstəlik səbəbindən ölənlərin sayı 217-yə çatıb. Mayın 8-dən bəri ölənlərin sayı ilk dəfə 200-dən yuxarı olub.

Fövqəladə Hallar İdarəsinin rəhbəri Fernando Simon ölüm hallarının artmasının səbəbinin məlum olmadığını deyib. Yeni ölümlərin yarıdan çoxunun Kataloniyanın bir bölgəsində olduğu bildirilib.

"Biz bunun ikinci dalğa olub-olmadığını müəyyənləşdirmək üçün ölənlərin ölüm tarixini öyrənməyə və yeni hallar barədə məlumat toplamağa çalışırıq" - deyə, Fernando Simon bildirib.

İspaniyada ölənlərin ümumi sayı 27 321-dən 229 540 nəfərə çatıb. 60 000 adamın anticism testləridən keçməsi ilə 2,3 milyon insanın xəstəlik keçirdiyi müəyyən edilib.