İspaniya hökuməti bildirir ki, bazar günü Kataloniyanın müstəqilliyi üzərində referendum olmayacaq. Halbuki regional hökumət referendum üçün hazırlıqları davam etdirir.
İspaniya Mədəniyyət Naziri İniqo Mendez de Viqo bildirib ki, müstəqillik üzərində səsvermə İspaniya qanunlarına ziddir və hökumət səsvermənin nəticələrini qəbul etməyəcək.
Bu, İspaniya problemidir. Bizim edə biləcəyimiz çox az şey var.Antonio Tajani, Avropa Parlamentinin Prezidenti
“Biz qanun çərçivəsində dialoqa hazırıq. Heç kəs bizdən qanun çərçivəsindən kənarda dialoqa girməyi xahiş edə bilməz. Bu, mümkün deyil,” o deyib.
Yerli rəsmilər aydın ediblər ki, əgər sakinlər ayrılmağa qərar versələr, onda referendumdan 48 saat sonra Kataloniya öz müstəqilliyini elan edəcək.
İspaniya hökuməti ölçüyə qarşı aktiv mübarizə aparır və polislərə tapşırıq verib ki, ictiami binalarda səsvermənin təşkilinə imkan verməsinlər, referendum materiallarını müsadirə etsinlər.
Cümə günü katalon fermerlər Barselona şəhəri küçələri ilə traktorlarını sürərək müstəqillik bayraqlarını yelləyiblər.
Avropa İttifaqı rəsmiləri məsələyə qarışmayacaqlarını deyərək, onun İspaniya və Kataloniya rəsmiləri arasında çözülməli olduğunu aydın ediblər.
“Bu, İspaniya problemidir. Bizim edə biləcəyimiz çox az şey var,” Avropa Parlamentinin Prezidenti Antonio Tajani bildirib.