İqtidar üçün iğtişaşçılar, müxalifət və QHT-lər üçün etirazçılar. Yerli əhalinin harınlara qarşı üsyanı və ya dərin idarəetmə böhranının nəticələri
Ismayıllı rayonunda (Bakıdan 239 kilometr şimal-qərb) durum gərgin olaraq qalır.
Yanvarın 23-də rayonda iğtişaşlar baş verib. Yerli əhali “Çıraq” otelini, icra hakimiyyəti başçısının evini, avtomobilləri yandırıb. İcra hakimiyyətinin başçısı Nizami Ələkbətovun istefasını tələb edib.
Yerli mənbələrin dediyinə görə, iğtişaşlara səbəb yol-nəqliyyat hadisəsi olub. Rayon icra hakimiyyəti başçısının qardaşı oğlu, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun idarə etdiyi Hummer markalı avtomaşın başqa bir maşınla toqquşub. V.Ələkbərov maşından çıxaraq digər maşında olanları təhqir edib.
Bu məlumat rayona yayılıb və qəzəblənən yerli sakinlər yığışaraq Ələkbərovlar ailəsinin kommersiya obyektlərini dağıtmağa başlayıb.
İsmayıllı rayon Polis Şöbəsinin açıqlamasında isə deyilir ki, İsmayıllıda fəaliyyət göstərən “Çıraq” otelinin müdiri, Bakı şəhər sakini 1982-ci ildə anadan olmuş Emil Şəmsəddinov sərxoş vəziyyətdə idarə etdiyi 90-NR-485 dövlət nömrə nişanlı “Chevrolet Camaro” markalı idman tipli minik maşını ilə yanvarın 23-də axşam saat 21:30 radələrində İsmayıllı şəhərinin Nizami küçəsi ilə hərəkətdə olarkən qəza törədib.
“E.Şəmsəddinov avtomobilini əvvəlcə yolun kənarındakı səkiyə, sonra isə işıq dirəyinə çırpıb. Baş verən hadisə zamanı xəsarət alan olmasa da sürücü E. Şəmsəddinov və onun avtomobilindəki dostu, Bakı şəhər sakini Elməddin Məmmədov (1985-ci ildə anadan olub) ilə birgə maşından düşərək yolun kənarında dayanmış 31-BD-817 dövlət nömrə nişanlı “VAZ 21074” markalı minik avtomobilinə ayaqla bir neçə zərbə vuraraq onu əziblər. Sonra həmin şəxslər taksi fəaliyyəti ilə məşğul olan “VAZ 21074”ün sürücüsü (1985-ci il) Ramil Bəkirovu döyüblər. Sürücü R.Bəkirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.
Açıqlamada bildirilir ki, onların arasında baş verən bu insident şəhər əhalisinin sıx toplaşdığı yerdə baş verdiyi üçün əraziyə xeyli sayda adam toplaşıb. E.Şəmsəddinov orada toplaşan 200-ə yaxın İsmayıllı sakinini nalayiq söyüşlərlə təhqir edib. Sonradan E. Şəmsəddinov ümumilikdə İsmayıllı əhalisinin ünvanına kobud və təhqiramiz ifadələr söyləyib. Qısa vaxt ərzində 3 minə yaxın rayon sakini əraziyə toplaşaraq sahibkar E. Şəmsəddinovun müdir işlədiyi “Çıraq” otelinə tərəf hərəkət edərək obyekti daş-qalaq edib. Sonra insanlar hasardan aşaraq otelin həyətinə keçib və darvazanı aşırıblar. Darvazanın aşması nəticəsində İsmayıllı rayonunun Günəşli qəsəbə sakini Emin Nəsirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Otelin həyətinə daxil olan kütlə oradakı 31-AA-088 dövlət nömrə nişanlı “Chevrolet Niva”, 90-NR-485 dövlət nömrə nişanlı “Chevrolet Camaro” və 10-ZZ-485 dövlət nömrə nişanlı “Hummer” markalı minik avtomobillərini yandırıb. Sonra onlar otelin sındırılmış pəncərələrindən içəri daxil olaraq ikimərtəbəli oteli yandırıb.
Sonra iğtişaş iştirakçıları İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərovun evinə basqın edib. Onlar mənzilin həyətindəki 10-NX-700 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı minik maşınını, iki ədəd dördtəkərli motosikleti və istirahət guşəsini yandırıblar. Hadisə zamanı İsmayıllı rayon polis şöbəsinin əməkdaşları - Səfa Əsgərov, İmran Lətifov və Rauf Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə əlaqədar olaraq “Çıraq” otelinin müdiri E.Şəmsəddinov və istirahət etmək üçün onunla birgə rayona gələn E.Məmmədov həbs edilib.
Hadisə yerinə İsmayıllı, Göyçay, Şamaxı, Qəbələ rayonlarından polis əməkdaşları, Daxili İşlər Nazirliyinin çevik polis alayı və daxili qoşunların briqadaları cəlb edilib.
Yerli medianın məlumatına görə, aksiyanın dağıdılması zamanı Daxili Qoşunlar və çevik polis alayı ilə əhali arasında qarşıdurmalar qeydə alınıb.
Daxili Qoşunlar mitinq iştirakçılarına qarşı güc tətbiq edib və rezin güllələrlə atəş açıb. Etirazçılar buna daşlarla cavab verib.
Hər iki tərəfdən xəsarət alanlar var.
Hazırda rayona daxili qoşunlar nəzarət edir. Onlarla aksiya iştirakçısı saxlanıb.
Ölkənin vətəndaş cəmiyyəti institutları, siyasi partiyalar İsmayıllıda xalq etirazlarına münasibət bildirib. Hakimiyyəti xalqın tələblərini yerinə yetirməyə çağırıb.
“Belə hadisələrin baş verəcəyi haqda “Ziyalılar Forumu” cəmiyyəti xəbərdar etmişdi” - deyə forumun təsisçilərindən Eldar Namazov bildirib.
Onun fikrincə, baş verən hadisələr Azərbaycan cəmiyyətinin bu iqtidardan bezməsinin, dəyişikliklər istəməsinin göstəricisidir.
“Bu durumdan yeganə və ən yaxşı çıxış yolu islahatlar aparılması və demokratik seçkilər keçirilməsinin təmin olunmasıdır”- deyə E.Namazov qeyd edib.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, İsmayıllı rayonunda baş verənlər Quba, “Binə” Ticarət Mərkəzi və Sabirabadda baş verənlərin yeni mərhələsidir.
Onun fikrincə, bütün baş verənlərin səbəbi ölkə iqtidarının xalqın sosial, insani maraqlarını nəzərə almamasıdır.
“Yerlərdə hakimiyyət təmsilçiləri xalqın ləyaqətini aşağılayır. İsmayıllıdakı xalq üsyanı bu saymamazlığa verilən reaksiyadır. İqtidar isə xalqla dialoq aparmaq əvəzinə yerlərdəki təmsilçilərinin maraqlarını qorumaq üçün xalqa qarşı zora əl atır. Firkimcə, qarşıdakı aylarda hadisələr intensivləşəcək və sürətlənəcək”-deyə o qeyd edib.
İctimai Palatanın Koordinasiya Şurasının bəyanatında hadisələr “yerli hakimiyyət və məmur oliqarx özbaşınalığına qarşı kütləvi xalq etirazı” adlandırılır. Hadisəni danışıqlar yolu ilə nizamlamaq, əhalinin tələblərini dinləmək əvəzinə rayona zirehli texnika, avtomatla silahlanmış qoşun yeridildiyi qeyd olunur.
İctimai Palata ən qısa müddətdə repressiya və təqiblər dayandırılmadığı halda ümumrespublika miqyasında ictimai etiraz çağırışı ilə xalqa müraciət etmək məsələsini müzakirə edəcəyini bəyan edib.
Azərbaycanın demokaratik qüvvələri İsmayıllı rayonunda baş verən hadisələrlə bağlı yanvarın 24-də dinləmələr keçirib.
İsmayıllı rayonunda xalq üsyanına səbəb kimi məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya göstərilib.
Müsavat Partiyasının başqanı İsa Qəmbər vəziyyətin bütün ölkədə eyni olduğu üçün bu hadisələrin istənilən rayonda baş verməsini mümkün sayıb. “2013-cü il demokratiya üçün dönüş ilidir”.
Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ölkənin inqilaba sürüklənməsini mənfi hal sayıb.
“Bu hadisələr dövlət, millət və müxalifətin özü üçün də qorxuludur. İqtidar müxalifət qüvvələri ilə dialoq aparmalıdır”.
"Boğaza yığılmış xalqı dinləmək, azğınlaşmış məmurları cəzalandırmaq lazımdır."
AXCP sədri Əli Kərimli hesab edir ki, cəzasızlıq, ədalət məhkəməsinin olmaması, hakimiyyətlərin harınlığı xalqın nə vaxtsa öz məhkəməsini qurması ilə nəticələnir.
“İsmayıllıda olduğu kimi. Deyirdik axı, bu xalqın dözümlü olmasından sui-istifadə etməyin, əxlaqsızlığı ölkə boyu yaymayın. Fironluq etməyin. Eşitmədiniz...”
AXCP sədri etirazçılara qarşı gücdən istifadəni pisləyir.
“Elə bilirsiniz ki, hər yerdə güc tətbiqi sizin batan rejiminizi xilas edəcək? Hər bir icra hakimiyyəti başçısının, oliqarxın evi qarşısında hərbi hissə yerləşdirəcəksiniz? Boğaza yığılmış xalqı dinləmək, azğınlaşmış məmurları cəzalandırmaq lazımdır”-o qeyd edib.
Öz növbəsində, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, hadisənin günahkarları artıq saxlanılıb.
“Lazımi istintaq əməliyyatı aparılır və şübhəsiz təqsirkarlar öz layiqli cəzalarını alacaq”.
Onun sözlərinə görə, bəzi maraqlı siyasi qüvvələr və onlara məxsus informasiya vasitələri həmin olayı qızışdırmaq və idarəolunmaz məcraya yönəltməyə cəhd edir.
Şöbə müdiri rayon əhalisini təxribatlara qoşulmamağa və təxribatçılara qarşı ciddi iradə nümayiş etdirməyə çağırıb.
“Heç kim hesab etməsin ki, belə hadisələrdən istifadə etməklə, hakimiyyət orqanlarını öz qanunu funksiyalarını yerinə yetirməkdən, ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etməkdən çəkindirə biləcək”, Əli Həsənov bildirib.
İsmayıllı rayon icra hakimiyyəti başçısı Nizami Ələkbərov isə jurnalistlərə deyib ki, rayonda baş verənlər avtomobil qəzası nəticəsində yaranmış insidentdir. N.Ələkbərov baş verənlərin onun qohumları ilə hər hansı bağlılığının olmadığını bildirib.
“Baş verənləri siyasiləşdirmək doğru deyil. Bu, heç də siyasi məsələ deyil”.
İstefasının tələb edilməsinə münasibət bildirən icra başçısı deyib ki, onu bu vəzifəyə ölkə başçısı təyin edib, vəzifədən də o, azad edə bilər.
“5-10 nəfərin tələbi ilə istefaya getməyəcəm. Nə vaxt ölkə prezidenti işdən azad edərsə, o zaman vəzifəmi tərk edəcəm”, o bildirib.
Ələkbərov deyib ki, rayon sakinlərini təhqir edən şəxslər cəzasını alacaq. Onlar artıq həbs edilib və qanun qarşısında cavab verməli olacaqlar.
İsmayıllıda hadisələri müşahidə edən REAL hərəkatının rəhbəri İlqar Məmmədov
“Facebook” səhifəsində yazır ki, toqquşmalar yenidən başlanacaq.
“Oradakı adamlar deyirdilər "axşam biz onlara göstərəcəyik, tədarük görmüşük".
Adamlar acıqlıdır. Vecsizləri və qorxmuşları da var, amma qorxmayanlar dərindən acıqlıdırlar və gecələr aksiyaları davam edəcəklər. Bu artıq siyasi vəziyyət deyil ki, orada qalıb nəyisə dəyişməyə çalışaq - artıq iğtişaşın böhran vəziyyətidir ki, onu çözmək üçün yalnız dövlətin barışdırıcı addımları tələb olunur”, o qeyd edir.

Otelin həyətinə daxil olan kütlə oradakı 31-AA-088 dövlət nömrə nişanlı “Chevrolet Niva”, 90-NR-485 dövlət nömrə nişanlı “Chevrolet Camaro” və 10-ZZ-485 dövlət nömrə nişanlı “Hummer” markalı minik avtomobillərini yandırıb.
Yerli mənbələrin dediyinə görə, iğtişaşlara səbəb yol-nəqliyyat hadisəsi olub. Rayon icra hakimiyyəti başçısının qardaşı oğlu, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun idarə etdiyi Hummer markalı avtomaşın başqa bir maşınla toqquşub. V.Ələkbərov maşından çıxaraq digər maşında olanları təhqir edib.
Bu məlumat rayona yayılıb və qəzəblənən yerli sakinlər yığışaraq Ələkbərovlar ailəsinin kommersiya obyektlərini dağıtmağa başlayıb.
İsmayıllı rayon Polis Şöbəsinin açıqlamasında isə deyilir ki, İsmayıllıda fəaliyyət göstərən “Çıraq” otelinin müdiri, Bakı şəhər sakini 1982-ci ildə anadan olmuş Emil Şəmsəddinov sərxoş vəziyyətdə idarə etdiyi 90-NR-485 dövlət nömrə nişanlı “Chevrolet Camaro” markalı idman tipli minik maşını ilə yanvarın 23-də axşam saat 21:30 radələrində İsmayıllı şəhərinin Nizami küçəsi ilə hərəkətdə olarkən qəza törədib.
“E.Şəmsəddinov avtomobilini əvvəlcə yolun kənarındakı səkiyə, sonra isə işıq dirəyinə çırpıb. Baş verən hadisə zamanı xəsarət alan olmasa da sürücü E. Şəmsəddinov və onun avtomobilindəki dostu, Bakı şəhər sakini Elməddin Məmmədov (1985-ci ildə anadan olub) ilə birgə maşından düşərək yolun kənarında dayanmış 31-BD-817 dövlət nömrə nişanlı “VAZ 21074” markalı minik avtomobilinə ayaqla bir neçə zərbə vuraraq onu əziblər. Sonra həmin şəxslər taksi fəaliyyəti ilə məşğul olan “VAZ 21074”ün sürücüsü (1985-ci il) Ramil Bəkirovu döyüblər. Sürücü R.Bəkirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.
Hadisə yerinə İsmayıllı, Göyçay, Şamaxı, Qəbələ rayonlarından polis əməkdaşları, Daxili İşlər Nazirliyinin çevik polis alayının və daxili qoşunların briqadaları cəlb edilib.
Açıqlamada bildirilir ki, onların arasında baş verən bu insident şəhər əhalisinin sıx toplaşdığı yerdə baş verdiyi üçün əraziyə xeyli sayda adam toplaşıb. E.Şəmsəddinov orada toplaşan 200-ə yaxın İsmayıllı sakinini nalayiq söyüşlərlə təhqir edib. Sonradan E. Şəmsəddinov ümumilikdə İsmayıllı əhalisinin ünvanına kobud və təhqiramiz ifadələr söyləyib. Qısa vaxt ərzində 3 minə yaxın rayon sakini əraziyə toplaşaraq sahibkar E. Şəmsəddinovun müdir işlədiyi “Çıraq” otelinə tərəf hərəkət edərək obyekti daş-qalaq edib. Sonra insanlar hasardan aşaraq otelin həyətinə keçib və darvazanı aşırıblar. Darvazanın aşması nəticəsində İsmayıllı rayonunun Günəşli qəsəbə sakini Emin Nəsirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Otelin həyətinə daxil olan kütlə oradakı 31-AA-088 dövlət nömrə nişanlı “Chevrolet Niva”, 90-NR-485 dövlət nömrə nişanlı “Chevrolet Camaro” və 10-ZZ-485 dövlət nömrə nişanlı “Hummer” markalı minik avtomobillərini yandırıb. Sonra onlar otelin sındırılmış pəncərələrindən içəri daxil olaraq ikimərtəbəli oteli yandırıb.
Baş verən hadisələr Azərbaycan cəmiyyətinin bu iqtidardan bezməsinin, dəyişikliklər istəməsinin göstəricisidir
Sonra iğtişaş iştirakçıları İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərovun evinə basqın edib. Onlar mənzilin həyətindəki 10-NX-700 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı minik maşınını, iki ədəd dördtəkərli motosikleti və istirahət guşəsini yandırıblar. Hadisə zamanı İsmayıllı rayon polis şöbəsinin əməkdaşları - Səfa Əsgərov, İmran Lətifov və Rauf Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə əlaqədar olaraq “Çıraq” otelinin müdiri E.Şəmsəddinov və istirahət etmək üçün onunla birgə rayona gələn E.Məmmədov həbs edilib.
Hadisə yerinə İsmayıllı, Göyçay, Şamaxı, Qəbələ rayonlarından polis əməkdaşları, Daxili İşlər Nazirliyinin çevik polis alayı və daxili qoşunların briqadaları cəlb edilib.
Yerli medianın məlumatına görə, aksiyanın dağıdılması zamanı Daxili Qoşunlar və çevik polis alayı ilə əhali arasında qarşıdurmalar qeydə alınıb.
İqtidar xalqla dialoq aparmaq əvəzinə yerlərdəki təmsilçilərinin maraqlarını qorumaq üçün xalqa qarşı zora əl atır. Firkimcə, qarşıdakı aylarda hadisələr intensivləşəcək və sürətlənəcək
Daxili Qoşunlar mitinq iştirakçılarına qarşı güc tətbiq edib və rezin güllələrlə atəş açıb. Etirazçılar buna daşlarla cavab verib.
Hər iki tərəfdən xəsarət alanlar var.
Hazırda rayona daxili qoşunlar nəzarət edir. Onlarla aksiya iştirakçısı saxlanıb.
Ölkənin vətəndaş cəmiyyəti institutları, siyasi partiyalar İsmayıllıda xalq etirazlarına münasibət bildirib. Hakimiyyəti xalqın tələblərini yerinə yetirməyə çağırıb.
“Belə hadisələrin baş verəcəyi haqda “Ziyalılar Forumu” cəmiyyəti xəbərdar etmişdi” - deyə forumun təsisçilərindən Eldar Namazov bildirib.
Onun fikrincə, baş verən hadisələr Azərbaycan cəmiyyətinin bu iqtidardan bezməsinin, dəyişikliklər istəməsinin göstəricisidir.
Hadisəni danışıqlar yolu ilə nizamlamaq, əhalinin tələblərini dinləmək əvəzinə rayona zirehli texnika, avtomatla silahlanmış qoşun yeridilir
“Bu durumdan yeganə və ən yaxşı çıxış yolu islahatlar aparılması və demokratik seçkilər keçirilməsinin təmin olunmasıdır”- deyə E.Namazov qeyd edib.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, İsmayıllı rayonunda baş verənlər Quba, “Binə” Ticarət Mərkəzi və Sabirabadda baş verənlərin yeni mərhələsidir.
Onun fikrincə, bütün baş verənlərin səbəbi ölkə iqtidarının xalqın sosial, insani maraqlarını nəzərə almamasıdır.
“Yerlərdə hakimiyyət təmsilçiləri xalqın ləyaqətini aşağılayır. İsmayıllıdakı xalq üsyanı bu saymamazlığa verilən reaksiyadır. İqtidar isə xalqla dialoq aparmaq əvəzinə yerlərdəki təmsilçilərinin maraqlarını qorumaq üçün xalqa qarşı zora əl atır. Firkimcə, qarşıdakı aylarda hadisələr intensivləşəcək və sürətlənəcək”-deyə o qeyd edib.
Vəziyyət bütün ölkədə eyni olduğu üçün bu hadisələrin istənilən rayonda baş verməsini mümkün sayıram. 2013-cü il demokratiya üçün dönüş ilidir
İctimai Palatanın Koordinasiya Şurasının bəyanatında hadisələr “yerli hakimiyyət və məmur oliqarx özbaşınalığına qarşı kütləvi xalq etirazı” adlandırılır. Hadisəni danışıqlar yolu ilə nizamlamaq, əhalinin tələblərini dinləmək əvəzinə rayona zirehli texnika, avtomatla silahlanmış qoşun yeridildiyi qeyd olunur.
İctimai Palata ən qısa müddətdə repressiya və təqiblər dayandırılmadığı halda ümumrespublika miqyasında ictimai etiraz çağırışı ilə xalqa müraciət etmək məsələsini müzakirə edəcəyini bəyan edib.
Azərbaycanın demokaratik qüvvələri İsmayıllı rayonunda baş verən hadisələrlə bağlı yanvarın 24-də dinləmələr keçirib.
İsmayıllı rayonunda xalq üsyanına səbəb kimi məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya göstərilib.
Müsavat Partiyasının başqanı İsa Qəmbər vəziyyətin bütün ölkədə eyni olduğu üçün bu hadisələrin istənilən rayonda baş verməsini mümkün sayıb. “2013-cü il demokratiya üçün dönüş ilidir”.
Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ölkənin inqilaba sürüklənməsini mənfi hal sayıb.
“Bu hadisələr dövlət, millət və müxalifətin özü üçün də qorxuludur. İqtidar müxalifət qüvvələri ilə dialoq aparmalıdır”.
Elə bilirsiniz ki, hər yerdə güc tətbiqi sizin batan rejiminizi xilas edəcək? Hər bir icra hakimiyyəti başçısının, oliqarxın evi qarşısında hərbi hissə yerləşdirəcəksiniz? Boğaza yığılmış xalqı dinləmək, azğınlaşmış məmurları cəzalandırmaq lazımdır
"Boğaza yığılmış xalqı dinləmək, azğınlaşmış məmurları cəzalandırmaq lazımdır."
AXCP sədri Əli Kərimli hesab edir ki, cəzasızlıq, ədalət məhkəməsinin olmaması, hakimiyyətlərin harınlığı xalqın nə vaxtsa öz məhkəməsini qurması ilə nəticələnir.
“İsmayıllıda olduğu kimi. Deyirdik axı, bu xalqın dözümlü olmasından sui-istifadə etməyin, əxlaqsızlığı ölkə boyu yaymayın. Fironluq etməyin. Eşitmədiniz...”
AXCP sədri etirazçılara qarşı gücdən istifadəni pisləyir.
“Elə bilirsiniz ki, hər yerdə güc tətbiqi sizin batan rejiminizi xilas edəcək? Hər bir icra hakimiyyəti başçısının, oliqarxın evi qarşısında hərbi hissə yerləşdirəcəksiniz? Boğaza yığılmış xalqı dinləmək, azğınlaşmış məmurları cəzalandırmaq lazımdır”-o qeyd edib.
Öz növbəsində, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, hadisənin günahkarları artıq saxlanılıb.
Heç kim hesab etməsin ki, belə hadisələrdən istifadə etməklə, hakimiyyət orqanlarını öz qanunu funksiyalarını yerinə yetirməkdən, ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etməkdən çəkindirə biləcək
“Lazımi istintaq əməliyyatı aparılır və şübhəsiz təqsirkarlar öz layiqli cəzalarını alacaq”.
Onun sözlərinə görə, bəzi maraqlı siyasi qüvvələr və onlara məxsus informasiya vasitələri həmin olayı qızışdırmaq və idarəolunmaz məcraya yönəltməyə cəhd edir.
Şöbə müdiri rayon əhalisini təxribatlara qoşulmamağa və təxribatçılara qarşı ciddi iradə nümayiş etdirməyə çağırıb.
“Heç kim hesab etməsin ki, belə hadisələrdən istifadə etməklə, hakimiyyət orqanlarını öz qanunu funksiyalarını yerinə yetirməkdən, ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etməkdən çəkindirə biləcək”, Əli Həsənov bildirib.
İsmayıllı rayon icra hakimiyyəti başçısı Nizami Ələkbərov isə jurnalistlərə deyib ki, rayonda baş verənlər avtomobil qəzası nəticəsində yaranmış insidentdir. N.Ələkbərov baş verənlərin onun qohumları ilə hər hansı bağlılığının olmadığını bildirib.
“Baş verənləri siyasiləşdirmək doğru deyil. Bu, heç də siyasi məsələ deyil”.
5-10 nəfərin tələbi ilə istefaya getməyəcəm. Nə vaxt ölkə prezidenti işdən azad edərsə, o zaman vəzifəmi tərk edəcəm
İstefasının tələb edilməsinə münasibət bildirən icra başçısı deyib ki, onu bu vəzifəyə ölkə başçısı təyin edib, vəzifədən də o, azad edə bilər.
“5-10 nəfərin tələbi ilə istefaya getməyəcəm. Nə vaxt ölkə prezidenti işdən azad edərsə, o zaman vəzifəmi tərk edəcəm”, o bildirib.
Ələkbərov deyib ki, rayon sakinlərini təhqir edən şəxslər cəzasını alacaq. Onlar artıq həbs edilib və qanun qarşısında cavab verməli olacaqlar.
Oradakı adamlar deyirdilər "biz onlara göstərəcəyik, tədarük görmüşük". Adamlar acıqlıdır