Vaşınqton şəhərində fəaliyyət göstərən hüquqşünas İsmayıl Şaxtaxtınski Amerikanın Səsinə müsahibəsində Green Card lotereyasının oynanılması prosesində yeniliklər barədə danışıb.
Hüquqşünas Green Card lotereyasına müraciət edənlərə müraciət dövrünün son həftəsinədək gözləməməyi tövsiyə edib. Onun sözlərinə görə müraciət dövürünün son günləri formanı doldurmaq üçün veb səhifəyə daxil olanların sayının çox olduğundan sistemdə ləngimələr baş verir. Bu, isə müraciətin alınmaması ilə nəticələnə bilər.
Cənab Şaxtaxtinski soyadın eyni olmasına görə eyni ailədən bir neçə nəfərin ardıcıl olaraq Green Card lotoreyası udmasının sadəcə təsadüf olduğunu və soy adın eyniliyinin seçim prosesində kimlərəsə üstünlük verməsinin şayiə olduğunu deyib. O, əlavə edib ki, ailə üzvlərinin Amerika vətəndaşı olması üçün müəyyən yollar mövcuddur və münasib adamlar bu qanuni yollardan istifadə edərək ailə üzvlərini Amerikaya gətirə bilər.
İsmayıl Şaxtaxtınski vurğulayıb ki, lotereyada iştirak pulsuzdur və müəyyən məbləğ qarşılığında kimlərsə tərəfindən yaradılmış veb səhifələrə müraciət etməyə lüzum yoxdur.

Your browser doesn’t support HTML5